İlham Əliyev və Paşinyanın Brüssel görüşündə bu məsələlər müzakirə OLUNACAQ
Bu ayın sonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq. Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı bildirib.
Prezidentin köməkçisi daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiya ilə bağlı komissiyanın yaradılması ilə bağlı razılıq əldə olunduğunu xatırladıb.
H.Hacıyev deyib ki, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri bu ayın sonunda Moskvada görüşəcəklər: "Onlar nəqliyyat-kommunikasiya və delimitasiya ilə bağlı məsələləri müzakirə edəcəklər".

"Azercell" AWS ilə təlimlər təşkil edib
Yasamalda ikimərtəbəli fərdi yaşayış evində yanğın olub
Yağıntılar nə vaxt kəsəcək? - AÇIQLAMA
Bu smartfon modelləri yeniləmə dəstəyini itirəcək - XƏBƏRDARLIQ
Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi
AZAL Türkiyənin 9-cu şəhərinə uçuşlara başlayır
Elçin ayrılığın dilindən oxudu - "Olmaz olaydı" təqdim olundu
Balakən sakinini sel apardı
Putindən Krımla bağlı GÖSTƏRİŞ - Nə baş verir?
Rusiyada bu yanacaq növü də qadağan edildi
Ərdoğandan ABŞ ilə bağlı önəmli AÇIQLAMA
Ağdamda açıq ərazidə yanğın başladı
Gədəbəydə evdən 61 yaşlı qadının meyiti tapıldı