İlham Əliyev və Vladimir Putin arasında telefonla danışığı oldu
Əliyev və Putin telefonla danışıblar.
KONKRET.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev şənbə günü telefonla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti də müzakirə ediblər.
"Cənubi Qafqazdakı mövcud vəziyyət ətraflı müzakirə olunub. Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin qurulması üçün əlaqələndirilmiş səylərin vacibliyi qeyd edilib", – Kremlin mətbuat xidməti məzmunla bağlı bildirib.
Onun sözlərinə görə, "bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli əsas üçtərəfli sazişlərini ardıcıl şəkildə həyata keçirmək niyyəti təsdiqlənib".
Kreml qeyd edib ki, Əliyev avqustun 31-də Brüsseldə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə keçirdiyi görüş barədə məlumat verib. Söhbət zamanı prezidentlər "ikitərəfli gündəlikdəki bəzi praktiki məsələlərə, o cümlədən ticarət-iqtisadi, enerji və humanitar sahələrə" də toxunublar. Putin və Əliyev təmasları davam etdirmək barədə razılığa gəliblər.
Xuraman Etibarlı,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA