İlham Əliyevdən möhtəşəm performans: Tarixi zəfərin ardınca diplomatik qələbə

İlham Əliyevdən möhtəşəm performans: Tarixi zəfərin ardınca diplomatik qələbəPrezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik toplantısında çıxış edib.
Bəribaşdan onu qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğal faktı ilə bağlı çoxsaylı qətnamələri uzun müddət kağız üzərində qalıb. Bir milyondan artıq soydaşımızın öz dogma yurd-yuvalarından didərgin düşməsi, torpaqlarımızın 20 faizinin işğal olunması, Xocalıda misli görünməmiş erməni vandalizmi belə beynəlxalq birliyi "dərin yuxu"dan oyatmadı. Nəticədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. İllərdir həsrətində olduğumuz torpaqlarımız işğaldan azad olundu. Bu tarixi qələbədən sonra dövlət başçımızın ilk dəfə BMT tribunasından çıxış edərək əsas diqqəti Qarabağ mövzusuna yönəltməsi diplomatik qələbəmiz kimi qiymətləndirilə bilər.
120 dövlətin təkrar etimad göstərdiyi Azərbaycan
Prezident çıxışı zamanı qeyd edib ki, Bu il Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyidir. Qoşulmama Hərəkatının 120 üzvünün yekdil qərarı ilə Azərbaycan 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş dövlət və hökumət başçılarının 18-ci Zirvə toplantısında üç il ərzində Hərəkata sədrliyi öz üzərinə götürüb. Azərbaycan beynəlxalq ədalətin və beynəlxalq hüquq normalarının təmin edilməsini, habelə Hərəkata üzv dövlətlərin legitim maraqlarını güclü şəkildə müdafiə edir. Bu il Hərəkata üzv dövlətlər Azərbaycanın sədrliyini daha bir il – 2023-cü ilin sonuna qədər uzadılmasına dair yekdil qərar qəbul ediblər. Bu, bütün dünya üçün çətin bir dövrdə Azərbaycanın Hərəkata uğurlu və səmərəli şəkildə sədrlik etməsinin təsdiqi və yüksək qiymətləndirilməsinin əlamətidir.
Xatırladaq ki, Qoşulmama Hərəkatı özlərinin formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır. Hərəkatın yaradılması ideyası 1955-ci ildə Bandonq konfransında (İndoneziya) irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub. Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin başçıları səviyyəsində 15 sammit keçirilib. Bu hərəkatın üzvü olan 53 ölkə Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası və 1-i Avropadandır.
Dayanıqlı inkişaf məqsədləri: 12 ölkədən biri – Azərbaycan
Prezident bəyan edib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir.
Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72.4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutmuşdur. Hesabatda Azərbaycanın yoxsulluğun azaldılması, səhiyyə, qidalanma, qadınların əmək bazarında iştirakı, təmiz su və sanitariya, enerjiyə əlçatanlıq, internet istifadəsi, nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizəsi, əhalinin rifahının yaxşılaşdırılması, şəhər və yaşayış məntəqələrinin dayanıqlı inkişafı sahələrində əldə etdiyi tərəqqi vurğulanır.
Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal iştirak edir və bununla da Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Biz Bakı Beynəlxalq Ticarət Limanını istifadəyə vermişik ki, onun yükaşırma qabiliyyəti 15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla bilər.
Azərbaycan Paris İqlim Sazişini ratifikasiya etmiş, baza ili – 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalma ilə bağlı öz üzərinə könüllü öhdəlik götürmüşdür. Bununla yanaşı, biz Paris Sazişi çərçivəsində 2050-ci il üçün şərti hədəflərin müəyyən edilməsi imkanlarını araşdırırıq.
Tarixi torpaqlarımıza qayıdış: Böyük tarixi Zəfər
Dövlətimizin başçısı çıxışı zamanı 44 günlük vətən müharibəsində ölkəmizin əldə etdiyi tarixi Zəfərdən də bəhs edib.
"Ötən ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışım zamanı mən sizin diqqətinizi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinə və Ermənistan hökumətinin təcavüzkar bəyanatlarına və hərəkətlərinə yönəltdim. Bu gün qurur hissi ilə deyirəm ki, Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu".
Təqribən 30 il ərzində Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlayırdı. İşğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, yüzlərlə dinc insanı, o cümlədən 106 qadını və 63 uşağı qətlə yetirmişdir. 1275 azərbaycanlı əsir götürülmüşdür, onların 150-si hələ də itkin hesab olunur. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymamışdır.
BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var. ATƏT-in Minsk Qrupu uzun illər münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində çalışsa da, heç bir real nəticəyə nail olmadı.
Cənab Prezidentin də söylədiyi kimi, Azərbaycan ilk dəfə ali tribunadan qalib dövlət status ilə çıxış imkanı qazandı. Bu isə Azərbaycan möhtəşəm hərbi qələbəsindən sonra, böyük diplomatic qələbəsi kimi qiymətləndirilə bilər.
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 24 sentyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Trampa İrandan şok: Razılaşmaya imza atdıqdan bir saat sonra

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlardakı qeyri-sabit davranışını sərt tənqid edib. Prezident bildirib ki, Tehran rəhbərliyi ötən gün Vaşinqtonun tələblərini tam şəkildə ehtiva edən və nüvə proqramından imtinanı nəzərd

Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir

Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və bu gözəl inkişafı görəndə, əlbəttə ki, ürəyim sevinir. Bir daha əmin oluram ki, biz nə qədər böyük xalqıq, qurub-yaradan xalqıq. xəbər verir ki, bu fikirləri Prezident İlha

Əhmədinecad Mossad-la əməkdaşlıq iddiası ilə həbs edildi

İranın keçmiş prezidenti Mahmud Əhmədinecad İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qanadı tərəfindən saxlanılaraq ev dustaqlığına yerləşdirilib. xarici agenltiklərə istinaədn xəbər veir rki, bu barədə Th

İlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və ölkədə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagir

Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi istintaq olunub. Baş Prokurorluğun Mətbuat xidmətindən -a bildirilib ki, eks-bələdiyyə sədri Musayev Orxan Elxan oğlu yarım milyondan çox mənimsəməd

Paşinyanın Konstitusiya planı: Azərbaycanın tələbi yerinə yetiriləcək?

Ermənistanda yeni Konstitusiyanın hazırlanması prosesi ilə bağlı müzakirələr davam edir. Baş nazir Nikol Paşinyan bildirib ki, ölkənin yeni Konstitusiya layihəsi bu ilin sonunadək ictimaiyyətə təqdim olunacaq. Paşinyan brifin

Knesset həmin layihə üzrə səsverməni dayandırdı

İsrail parlamenti (Knesset) qondarma "erməni soyqırımı"nın tanınmasına dair səsverməni dayandırıb. xəbər verir ki, bu haqda JNS öz mənbələrinə istinadən xəbər yayıb. Bildirilib ki, Nazirlər Kabineti bu təşəbbüs

Əhmədinejad MOSSAD rəhbəri ilə görüşüb, indi həbsdədir - KİV

İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. KONKRET.azapa-ya istinadla xəbər verir ki, bu barədə "Nyu York Tayms"da dərc olunan yazıd

İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb

Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb yaxın keçmişdə. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpas


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər cebheden xeber son xeberler az cəbhədən son xəbərlər 2026