İlham Əliyevdən "Rosneft"in baş icraçı direktoruna təbrik məktubu - YENİLƏNİB
İlham Əliyevdən "Rosneft"in baş icraçı direktoruna təbrik məktubu - YENİLƏNİB
Prezident İlham Əliyev "Rosneft" Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru, İdarə Heyətinin sədri İqor Seçinə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
"Əlamətdar tarix – anadan olmağınızın 60 illiyi münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Sizin rəhbərliyinizlə "Rosneft" Neft Şirkəti böyük uğurlar qazanıb və dünya neft-qaz sahəsinin liderlərindən birinə çevrilib.
"Rosneft" Neft Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlığı energetika sahəsində Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinin mühüm komponenti olmaqla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin möhkəmlənməsinə sanballı töhfə verir.
Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram".
15:58
Prezident İlham Əliyev İqor İvanoviç Seçinin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, İ.İ.Seçin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin inkişafında xidmətlərinə görə təltif edilib. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Masallıda kişi evində ölü tapıldı
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Qızıl ucuzlaşdı
Netanyahu onlardan milyonluq təzminat tələb edir
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu