İlham Əliyevdən sahibkarlıq subyektləri üçün mühüm fərman – Kredit məbləği və müddət artırıldı
İlham Əliyevdən sahibkarlıq subyektləri üçün mühüm fərman – Kredit məbləği və müddət artırıldı
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına sahibkarlıq subyektlərinə verilən güzəştli kreditlərin məbləği artırılıb.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli fərmanına dəyişiklik edib.
Ölkə başçısının imzaladığı fərmanda həmçinin, aqrar sahənin maliyyələşməsinin stimullaşdırılması ilə bağlı bir sıra məsələlər də öz əksini tapıb.
Fərmanla "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası" dəyişdirilib.
Qaydanın 5.1.1-ci yarımbəndində bildirilirdi ki, Agentliyin vəsaiti hesabına sahibkarlıq subyektlərinə 5000 manatadək mikrokreditlər verilə bilər.
Dövlət başçısının yeni fərmanı ilə bu rəqəm 15000 manatadək qaldırılıb.
Kiçikhəcmli kreditlərin də məbləği artırılıb. Sənədin əvvəlki variantında yazılırdı ki, 5001 manatdan 30000 manatadək kiçikhəcmli kreditlər verilə bilər. Yeni fərmanla isə 5001 rəqəmi 15001 rəqəmi ilə əvəzlənib.
Bununla yanaşı, sahibkarlar üçün güzəştli kreditlərin müddəti üç ilədək müəyyən olunub. Əvvəlki sənəddə bu müddət iki ilədək nəzərdə tutulurdu.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var