İlham Əliyevin Əfv Sərəncamı humanizm aktı olmaqla yanaşı, həm də mənəviyyat məsələsidir – QHT sədri
Azərbaycan müstəqillik tarixinin daha bir mühüm hadisəsinə şahidlik etməkdədir. Prezident İlham Əliyevin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar imzaladığı Əfv Sərəncamı ilə 801 məhkum əfv olunub.
Bunu AZƏRTAC-a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
O qeyd edib ki, bu Əfv Sərəncamı Azərbaycanda ən böyük humanizm aktı olmaqla, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ədalət, insanpərvərlik, insan haqlarının aliliyi kimi bəşəri prinsiplərin ən bariz təcəssümüdür. Eyni zamanda, bu hadisə insanların itlərə yem edildiyi, qanunların polis dəyənəyi ilə təmin olunduğu, "öz gözündə tiri görməyib, başqasının gözündə tük axtaran" Qərb ölkələrinə, ATƏT, Avropa Şurası, Avropa Şurası Parlamentlər Assambleyası kimi beynəlxalq qurumlara bir mesajdır. Yəni, onların Azərbaycan haqqında nə düşündüklərindən, nə dediklərindən və hansı qərarları qəbul etdiklərindən asılı olmayaraq, ölkəmizin rəhbərliyi bu cür humanizm aksiyalarını həmişə keçirmiş və keçirməkdə davam edir.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan bu təşəbbüsləri kiməsə xoş gəlmək və yaxud kiminsə "sağ ol"unu qazanmaq üçün etmir. Bu, qanunun aliliyinin təmin olunduğu ölkəmizdə bir həyat tərzidir, halbuki əsassız olaraq Azərbaycanı ittiham edənlər ondan məhrumdurlar. Eyni zamanda, Prezident İlham Əliyevin Əfv Sərəncamı humanizm aktı olmaqla yanaşı, həm də mənəviyyat məsələsidir. / azxeber.com

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi