İlham Əliyevin gənclərlə görüşündə verdiyi MÜHÜM MESAJ

İlham Əliyevin gənclərlə görüşündə verdiyi MÜHÜM MESAJDünən - fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edən Prezident İlham Əliyevin çıxışı tarixi və mühüm tezislərlə yadda qaldı. İ.Əliyev gənclərin Qarabağdakı rolundan, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə mövcud olan acınacaqlı durumdan, ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən və s. digər vacib məsələlərlə bağlı danışaraq Azərbyacanın gələcək inkişafının əsas konturlarını açıqladı.
Prezidentin toxunduğu ən mühüm məsələlər içərisində milli-mənəvi dəyərlərin qorunmasının vacibliyi ilə bağlı söylədiyi fikirlər idi. Bu fikirlər icrası bütün dövlət qurumlarının, televiziyaların, ayrı-ayrılıqda müxtəlif sahələrdə çalışan vətəndaşların fəaliyyətlərinin əsas istiqamətinə çevrilməlidir.
Əgər milli-mənəvi dəyərlərimiz olmasaydı, bu günkü Azərbyacan hansı vəziyyətdə olardı? Erməni qəsbkarlığına, üzləşdiyimiz soyqırımlara baxmayaraq, Azərbaycan xalqı əsrlər boyu öz mental-tarixi dəyərlərini qoruyub saxlamağı bacarıb. Müstəqil Azərbaycanın milli-mənəvi dəyərlər üzərində qurulduğunu nəzər çatdıran Prezident İ.Əliyev qeyd edir: "Bir halda ki, azad olmadığımız dövrdə, əsrlər boyu həm müstəmləkə, həm başqa ölkələrin tərkibində yaşadığımız dövrdə əgər biz bu dəyərləri qoruyub saxlamışıqsa, indi əlbəttə, biz bu dəyərləri qoruyub saxlamalıyıq".
Zənnimcə, ən vacib olanı da məhz budur. Azərbaycan kənar təsirlərdən, xüsusilə qrant layihələrlə gənclərin zonbiləşməsinə yönələn "qlobal" elementlərdən imtina etməlidir. Artıq "qloballaşma" termini kütləşib, dəyərini itirib və məhz bu ad altında müxtəlif dünya xalqları, xüsusilə də müsəlmanlar ciddi mənəvi terrora məruz qalırlar.
Sanki əksər ölkələrdə qlobalistlərlə milli-mənəvi dəyərlərin daşıyıcıları olan qüvvələr arasında savaş gedir, ölkələrin daxili işlərinə müdaxilə halları artmaqdadır. Bəs bu proses necə həyata keçirilir? Prezident İ.Əliyev bu məsələyə yanaşması daha milli və praqmatikdir:
"… qloballaşma bu gün başqa ad altında kök salır. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər, dırnaqarası dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir". 
Həqiqətən də əksər qlobal çağırışların arxasında ölkələrin "səssiz işğal"I amili dayanır. Dahilər boş yerə deməyib ki, əgər bir ölkənin gəncliyini məhv edə bilsən, o ölkə sənindir.
Təsadüfi deyil ki, Prezident İ.Əliyev çıxışı zamanı qlobalistləri şərti olaraq "Sorosçu"ları adlandırır: "… fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər".
Heç şübhəsiz, Dövlət başçısının bu fikirlərini analiz edəndə açıq mənzərə və müxtəlif fondler vasitəsilə kənar təsirlərin altına düşərək əcaib kosmopolit "dəyərlərin" daşıyıcısına çevrilən insanlar və müəyyən marginal qruplar gözümüzün önündə canlanır.
Biz bu elementləri nə zaman daha açıq şəkildə görə bildik?
44 günlük Vətən Müharibəsi zamanı torpaqlarımızı azad etmək üçün aparılan haqlı müharibəyə, mübarizəmizə qarşı çıxan "azərbaycanlılar" az olmadı. Onlar az qalırdı ki, Azərbyacan torpaqlarında öldürülən ermənilərə yas tutsunlar. Ancaq öldürülən ermənilərin Azərbyacan torpaqlarında hansı səbəblə olduqlarını qulaq ardına vururdular.
Müxtəlif fondların qrantları hesabına "qloballaşan" gənclər nə düşünürlər?
- Azərbaycan torpaqlarını azad etməməli idi, ən azı ona görə ki, müharibədə ermənilər də öldürüləcəkdi.
- Küçələrdə, ictimai yerlərdə milli-mənəvi dəyərləri qorumaq lazım deyil, istənilən çılpaq hərəkətləri hər kəsin gözünün qarşısında da etmək olar. Onlar milli dəyərləri "gerilik" kimi qəbul edirlər.
- İnsanlar öz ölkəsinin keçmişindən, tarixindən imtina etməli, yalnız "qabağa" baxmalıdır, bunun üçün də ölkənin sərhədləri başlı-başına buraxılmalıdır, kim istəyirsə, Azərbaycana istədiyi ideologiyanı, istədiyi qədər pulu gətirə bilər.
- Hər vəchlə dövlətə qarşı itaətsizlik nümayiş etdirilməlidir və bunun üçün də mütləq bir bəhanə tapılacaqdır və s.
Ancaq əsas sual budur: Tutaq ki, bütün bunlar baş verdi, o zaman ölkəmizin müstəqilliyini qorumaq mümkündürmü? Təbii ki yox! Bu konteksdə Dövlət başçısının fikirlərinə diqqət edək: "Ona görə milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır".
Həqiqətən də milli-mənəvi dəyərləri qorumadan müstəqilliyi qorumaq mümkünsüzdür. Çünki hər bir dövlətin müstəqilliyi özünün milli dəyərlərinə əsaslanır. Bu dəyərlərdən imtina etmək müstəqillikdən də imtina etmək deməkdir.
Milli-mənəvi dəyərlərimizin ən vacib atributu olan Ana dilimizin qorunmasının vacibliyi də Dövlət başçısının çıxışının əsas qayəsini təşkil edirdi. O, bunun üçün televiziya vı mətbuatda kənar ifadələrin işlədilməsinin yolverilməz olduğunu da bildirdi. Bəli, dilmizin inkişaf etməlidir, amma milli köklə üzərində…
 Samir Feyruzov

Siyasi       Tarix: 03 fevral 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbər valyuta mezenesi kriminal bugun