İlham Əliyevin general-mayor rütbəsi verdiyi şəxslər KİMDİR - DOSYE

İlham Əliyevin general-mayor rütbəsi verdiyi şəxslər KİMDİR - DOSYEXəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin 4 əməkdaşına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.
KONKRET.az xəbər verir ki, Modern.az ali xüsusi rütbə verilən şəxslərin kim olduğunu aydınlaşdırmağa çalışıb.
İlham Əliyevin general-mayor rütbəsi verdiyi şəxslər KİMDİR - DOSYEŞirinov Natiq Telman oğlu – Dövlət Gömrük Komitəsi sədrinin müavini
10 avqust 1970-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə N.A.Voznesenki adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialına qəbul olub, 1993-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1999-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində, 2001-2005-ci illərdə İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə, 2011-2020-ci illərdə Vergilər Nazirliyində baş idarə rəisi, 2020-2022-ci illərdə isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 9 fevral 2015-ci il tarixdə "Dövlət qulluğunda fərqlənməyə görə"medalı, 11 fevral 2020-ci il tarixdə "Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2022-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Ailəlidir, 3 (üç) övladı var.
İlham Əliyevin general-mayor rütbəsi verdiyi şəxslər KİMDİR - DOSYEƏliyev Vüqar İsmayıl oğlu – Naxçıvan Baş Gömrük İdarəsinin rəisi
Vüqar Əliyev 24 noyabr 1979-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2000-ci ildə Azərbaycan Kooperasiya İnstitutunun bakalavr pilləsini, 2002-ci ildə isə magistratura pilləsini idarəetmə istiqaməti üzrə fərqlənmə diplomları ilə bitirib.
Əmək fəaliyyətinə Bakı şəhər İcra Hakimiyyətində mütəxəssis vəzifəsində başlamış, daha sonra aparıcı mütəxəssis vəzifəsində fəaliyyətini davam etdirib. 2006-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentində aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində işləyib.
2008-2016-cı illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsində böyük inspektor, baş inspektor, 2016-2018-ci illərdə isə Komitənin Analitik şöbəsinin rəisi vəzifələrində çalışıb. Komitə sədrinin müvafiq əmrinə əsasən 6 sentyabr 2018-ci il tarixindən Komitənin Sosial innovasiyalar və analitik təhlil İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O, ötən il Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə gətirilib.
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2017-ci il tarixli 2631 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, Komitə sədrinin müvafıq əmrlərinə əsasən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" və "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)" Azərbaycan Respublikasının yubiley medalları ilə təltif edilib.
Cahangirov Anar Niyaz oğlu – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi
Anar Cahangirov Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sədrinin birinci müavini vəzifəsində çalışıb. Ötən il sözügedən idarəyə sədr təyin edilib.
O, Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə, vəzifələrini ləyaqətlə yerinə yetirdiyinə və gömrük orqanlarında səmərəli fəaliyyət göstərdiyinə görə 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
Aşurlu Kənan Məhərrəm oğlu – "Azərterminalkompleks" Birliyinin direktoru
Kənan Aşurlu 2019-cu ilin sonunadək Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. Şərur rayonundan olan Aşurlu 2022-ci ildə "Azərterminalkompleks"ə gətirilib.

Siyasi       Tarix: 30 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari metbuat son xeber.az