İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müzakirələri keçiriləcək - YENİLƏNİB + FOTO

İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müzakirələri keçiriləcək - YENİLƏNİB + FOTOİlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müzakirələri keçiriləcək - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda müzakirələri bu gün saat 17:00-da keçiriləcək.
Videokonfransı aşağıdakı linklərdən canlı izləyə bilərsiniz:
Konfrans ingilis dilində keçiriləcək. Prezident İlham Əliyevin çıxışının Azərbaycan dilinə tərcüməsini bu axşam yerli telekanallardan izləyə bilərsiniz.
İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müzakirələri keçiriləcək - YENİLƏNİB + FOTO11:54
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda müzakirələri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, müzakirələrdə müxtəlif ölkələrin sabiq prezidentləri, baş nazirləri, habelə yüksək vəzifəli şəxslər, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, politoloqlar iştirak edəcəklər.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-də şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib. Azərbaycan Respublikasının Prezidentinin dəstəyi ilə fəaliyyətini davam etdirən bu beynəlxalq qeyri-hökumət təşkilatı ətrafında 50-dən çox xarici ölkənin sabiq dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini və nüfuzlu beynəlxalq alimləri birləşdirir. Əsas idarəetmə orqanı dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən ibarət İdarə Heyətidir. İdarə Heyəti 18 nəfərdən ibarət sabiq liderlərdir. Mərkəzin Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 3 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 görkəmli üzvləri var.
Mərkəzin həmsədrləri Latviya Respublikasının sabiq Prezidenti (1999–2007) Vayra Vike-Freyberqa, Dünya Bankının sabiq vitse-prezidenti (1992–2000) dr. İsmayıl Seragəldindir.
Mərkəz 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. 2013-cü ildən bu günədək sayca 7 Qlobal Bakı Forumu və 42 Yüksək Səviyyəli Toplantı keçirilib. Forumların hər bir ümumilikdə 4000-dən çox xarici qonaq iştirak edib.
Mərkəz hazırda Çin Xalq Xarici İşlər İnstitutu (ÇXR), Amerika Xarici Siyasət üzrə Milli Komitə (ABŞ), Robert F. Kennedy İnsan Hüquqları (ABŞ), İtalyan Beynəlxalq Təşkilatları Cəmiyyəti (İtaliya), Dünya Sənət və Elm Akademiyası (WAAS), Lancet Komissiyası, UNAİDS, UNAOC kimi nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir
Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ənənəvi olaraq Bakıda təşkil edilən Qlobal Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif önəmli görüşlərə ev sahibliyi edərək ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dünyada sülhün və ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə vermək, eləcə də tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun təşviq edilməsidir. Eyni zamanda, Mərkəz dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin öyrənilməsi və dünyada təbliği məsələlərinə də böyük diqqət ayırır. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 2021-ci ilin ölkəmizdə "Nizami Gəncəvi İli" elan edilməsi haqqında 2021-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq bu istiqamətdə də bir sıra fəaliyyətlər həyata keçirməyi nəzərdə tutub.

Siyasi       Tarix: 20 may 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib. xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxr

İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır

Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır, haqlı olaraq. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə bildirib. Dövlətimizin başçıs

Belə avtomobillə heç yerə getmərəm' - Prezident

Azərbaycan Prezidenti İlham Əliyev elektrik avtomobillərində FM radio məsələsinə münasibət bildirib. APA-ya istinadla xəbər verir ki, Prezident İlham Əliyev bu məsələyə IV Şuşa Qlobal Media Forumunda elektrik avtomobillərind

Yaxın Şərqin "xuliqanı" zərərsizləşdirilir: Trampdan sərt bəyanat

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt mövqeyini ifadə edərək, Tehranın Yaxın Şərqdəki təsirini və hərbi gücünü ciddi şəkildə itirdiyini bəyan edib. xəbər verir ki o, İranın hərbi potensialının dörd ay əvvəlki ilə müqayisəd

NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur

Əməkdar jurnalist Faiq Hüsiyev. NATO sammitinə sözardı. Qardaş Türkiyədə 7-8 iyul tarixlərində baş tutmuş, sayca 36-cı NATO sammitinin sonu ABŞ-ın İrana raket zərbəsi endirməsi və futbol üzrə Dünya Çempionatının 1/4 mərhələsini

Prezidentlər işğal dövründə güllələnmiş büstlərə baxdılar

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründ

Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir

Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu

Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur. APA-ya istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib. "Xoşbəxtlikdən Azərbaycanın nə mövcud

Dünya mətbuatı İlham Əliyevin tarixi çıxışını dərc edir - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunda çıxışı, jurnalistlərin suallarına cavablar


son xeberler yeni xeberler azerbaycan xeberleri cebheden xeber cəbhədən son xəbərlər en yeni xeberler xeber.az