İlham Əliyevin rəhbərliyi ilə qarşıda hələ bizi böyük uğurlar gözləyir' - Deputat

İlham Əliyevin rəhbərliyi ilə qarşıda hələ bizi böyük uğurlar gözləyir' - Deputat"Vətən müharibəsi günlərində də xalqın mütləq əksəriyyəti cənab Prezidenti dəstəkləyirdi, onun yanında olduğunu bildirirdi. 44 gün ərzində bütün bunlara təkcə biz yox, bütün dünya şahid oldu. Bunlar bütün dünyanı heyrətə gətirən məsələ oldu".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov 44 günlük Vətən müharibəsindən və parlaq qələbəmizdən danışarkən deyib.
Deputat qeyd edib ki, həmin dövrdə xalq bir yumruq kimi öz liderinin ətrafında birləşdi:
"Azərbaycan 2020-ci ilin 27 sentyabrına qədər bu qələbənin qazanılması üçün çox çətin, ağır, məşəqqətli, eyni zamanda bir yol keçdi. Ümumilli Liderimizin bünövrəsini qoyduğu və hər dəfə fikirlərində bu torpaqların geri qayıdacağını və oradan didərgin düşmüş azərbaycanlılarımızın öz yurd-yuvasına qayıdacağını həmişə inamla söyləyirdi. Biz bilirdik ki, bunu bacaracağıq. Çünki, əvvəla bünövrə doğru və düzgün özüllər üzərində qurulmuşdu. Eyni zamanda, keyfiyyətcə yeni çağırışlara uyğun həmin siyasəti aparan ölkə başçısı cənab İlham Əliyev var idi və xalqın mütləq əksəriyyəti cənab Prezidenti dəstəkləyirdi, onun yanında olduğunu bildirirdi. 44 gün ərzində bütün bunlara təkcə biz yox, bütün dünya şahid oldu. Bunlar bütün dünyanı heyrətə gətirən məsələ oldu. Xalq necə bir yumruq kimi öz liderinin ətrafında birləşdi və tarixi qələbəsini qazandı.
Bu gün biz artıq həmin qələbənin, Zəfər Gününün ərəfəsindəyik, hər birimizin içərisində qürur, iftixar hissi var. Çünki müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı-şöhrətli ordumuz, əsgər və zabitlərimiz bizə bu qələbəni yaşatdılar. Bu gün hər birimiz alnı açıq, üzü ağ, başı uca şəkildə gözəl Azərbaycanımızın necə inkişaf etdiyini, bütün sahələrdəki uğurlarını görürük".
Deputat deyib ki, Prezident hazırda da qətiyyətlə ölkənin mənafeyini müdafiə edir və milli maraqlarımızı öndə tutur:
"Müharibə bitib, amma diplomatik müharibə davam edir. Masalarda, danışıqlarda gedən manevrli, taktikalı, hətta bir sözün dəyişilməsi ilə nələrin baş verə biləcəyini hələ tam bilmədiyimiz gərgin bir mübarizə hələ də gedir. Hər birimiz də onun iştirakçısıyıq. Yenə də bu işlərin başında ölkə Prezidenti cənab İlham Əliyevdir. Cənab Prezident çox məharətlə bu müharibəni də aparır. Çox qətiyyətlə ölkənin mənafeyini müdafiə edir və milli maraqlarımızı öndə tutur. Bununla da cənab Prezident bu gün ölkəmizi yeni uğurlara doğru aparır".
İlham Əliyevin rəhbərliyi ilə qarşıda hələ bizi böyük uğurlar gözləyir' - DeputatVüqar İsgəndərov qeyd edib ki, hazırda Azərbaycan tam davamlı, dayanıqlı iqtisadiyyat qurub, sosial-siyasət yüksək səviyyədədir:
"Dünyada yeni siyasi mənzərə formalaşdırılır. Bu siyasi mənzərədə, bu siyasi konfiqurasiyada Azərbaycanın xüsusi yeri və çəkisi var. Bunun, təbii ki, səbəbkarı cənab Prezidentimiz və onun yanında olan, onun arxasında olan, mütləq əksəriyyətlə onu dəstəkləyən xalqımızdır. Bu yeni düzəndə mövqeyimiz möhkəmlənir. Bu gün Azərbaycan "Qoşulmama Hərəkatı"nda rəhbər kimi, Azərbaycanın Prezidenti bu hərəkatın sədri kimi ikinci beynəlxalq platforma olan bu hərəkata uğurla rəhbərlik edir. Azərbaycan kifayət qədər bu təşkilata da nüfuz gətirdi, Azərbaycan lideri bu təşkilatın nüfuzunu bir az da artırdı. Ona görə də, ölkələrin hər birinin yekdil qərarı ilə sədrlik bir il də artırıldı və bu da ölkəmizə çox böyük etimad və inamı ehtiva edir. Artıq yeni çağırışlar var, bu çağırışlara cavab vermək hər bir ölkənin gücündə deyil. Hər bir ölkə yeni çağırışlarla ayaqlaşa bilmir. Amma Azərbaycan tam davamlı, dayanıqlı iqtisadiyyat qurub, sosial-siyasət yüksək səviyyədədir. Ordu quruculuğu sürətlə gedir. Daha da modern üslubda, NATO üslubunda Türkiyənin kiçik modeli olan ordu quruculuğu hazırda davam edir. Ölkədə siyasi sahədə münasibətlər yüksək səviyyədədir. Bütün bunların hər biri müasir Azərbaycanın simasıdır və hələ ölkəmizi qarşıda yeni böyük uğurlar gözləyir".
Aydın Nuri

Siyasi       Tarix: 06 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler az valyuta mezennesi 2026 valyuta mezennesi banklar beynelxalq bank mezenne