İlham Əliyevin Rusiya və Ermənistana verdiyi mesajlar - TƏHLİL

İlham Əliyevin Rusiya və Ermənistana verdiyi mesajlar - TƏHLİLQarabağdakı mövcud vəziyyətlə bağlı Azərbaycan cəmiyyətini narahat edən xeyli sayda cavabsız suallar var idi. Xüsusilə də, Rusiya sülhməramlılarının qanunsuz davranışlarının və Ermənistana dəstək addımlarının gərginliyi daha da artırması Azərbaycanın növbəti dəfə ortaya qətiyyətli mövqe qoymasını tələb edirdi. Prezident İlham Əliyev "CNNTürk" telekanalına verdiyi müsahibədə cavabsız qalan bütün suallara aydınlıq gətirdi, Rusiyaya da, Ermənistana da mühüm mesajlarını verdi, regionun inkişaf strategiyasının yeni tezislərini formalaşdırdı və bildirdi ki, Ermənistanın istənilən şəkildə silahlandırılması heç bir nəticə verməyəcək. Dövlət başçısı "Biz onun başını bir daha əzəcəyik" deməklə də, anti-terror əməliyyatların yaxın zamanlarda zərurətə çevrilə biləcəyinin mesajını da vermiş oldu.
Öncə bundan başlayaq: İlham Əliyev niyə məhz "CNNTürk"ə müsahibə verdi?
Əvvəla, müsahibə üçün "CNNTürk"ün seçilməsi o demək idi ki, Qarabağ məsələsində İlham Əliyevin mövqeyi həm də Türkiyənin mövqeyidir. Yəni, bu məsələdə dəyişən heç nə yoxdur. Digər tərəfdən, Rusiyaya və Ermənistana verilən mesajlar üçün ən effektiv və diplomatik çağırışlara cavab verən platorma məhz elə "CNNTürk" ola bilərdi. Nəzər almaq lazımdır ki, bu telekanal 44 günlük Vətən Müharibəsi zamanı da Azərbaycanın haqlı mövqeyinin dünyaya təqdimatında əsas pəncərələrdən biri idi. Həmçinin, "CNNTürk"ə verilən müsahibə Qafqazda yeni güc nüvəsinin dəyişdiyini göstərir. Azərbaycan dövlət başçısı Rusiyaya mesaj vermək üçün "CNNTürk"ə müsahibə verirsə, bu o deməkdir ki, ölkəmiz üçün heç bir qaranlıq məqam yoxdur, Türkiyə ilə birlikdədir, iki ölkə arasındakı münasibətlər bundan sonra da ən yüksək səviyyədə qurulacaq.
Prezidentdən daxili və xarici düşmənlərə xarakterik xatırlatma və mühüm dərs...
İ.Əliyev müsahibəsində deyir: "Müharibənin ilk günlərində bəziləri düşünürdü ki, görən dayanacaqlarmı, dayanmayacaqlarımı. İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi. Amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik". Bu fikirlər dövlət başçısının spesifik qətiyyətinin, ölkənin birinci əsgəri kimi döyüşkənliyinin, Ali Baş Komandan kimi sərkərdəlik əzminin, Prezident kimi mühüm şəxsi keyfiyyətlərinin, diplomat kimi məharətinin və vətəndaş kimi əsl vətənpərvər nümunəsi olduğunun ifadəsidir. Bu, həm də İ.Əliyevin daxili və xarici düşmənlərə mesajı idi ki, O, Azərbaycan dövlətinin mənafeyi naminə heç bir məsələni yarımçıq qoymayacaq.
Rusiya Azərbaycanın qonşusu, Ermənistanın müttəfiqidir...
İ.Əliyevin müsahibə zamanı Rusiyanı Azərbaycanın qonşusu, Ermənistanın isə müttəfiqi kimi dəqiq xarakterizə etməsi mühüm hadisə kimi qiymətləndirilməlidir. Məsələ bundadır ki, Rusiyanın Ermənistanla müttəfiqliyi rəsmi İrəvanı tarixin ən biabırçı məğlubiyyət ssenarilərindən birini yaşamağa vadar etdi. Rusiyanın verdiyi silahlarla Azərbaycana atəş açan Ermənistanın məğlubiyyəti həm də Rusiya üçün düşündürücü amil olmalıdır. Rusiya müdafiə nazirinin Ermənistan ordusunun modernləşdirilməsi ilə bağlı hazır olduqlarını ifadə etməsi Azərbaycanın Ermənistan üzərindəki hərbi-siyasi üstünlüyünü azalda bilməyəcək. Rusiya nəinki sülhməramlı missiyanın daşıyıcı kimi, heç qonşu dövlət kimi də özünün obyektiv mövqeyini qoruyub saxlaya bilmir. Ermənistanı tamamilə gücsüz vəziyyətə salmamaq, Cənubi Qafqazda terrorçu və monoetnik Ermənistan dövlətinin mövcudluğunu saxlamaq üçün Rusiya bütün səyini ortaya qoyub. Amma bütün bu addımlar Azərbaycan-Türkiyə birlik modelinin kölgəsinə sığınacaq qədər effektiv ola bilməyəcək.
Rusiya sülhməramlı və qonşu dövlət kimi uğursuzluğunun detalları...
Birincisi, silahlı erməni birləşmələri Laçın dəhlizi vasitəsilə məhz Rusiya sülhməramlılarının mühafizəsi və müşayiəti ilə Xankəndinə, Xocalıya daşınır.
İkincisi, Rusiya Ermənistanı silahlandırmaqda davam edir. Amma bir həqiqət var ki, Rusiyanın 30 il ərzində Ermənistana verdiyi hərbi texnika hazırda Bakının mərkəzində Hərbi Qənimətlər Parkındadır.
Üçüncüsü, Rusiyanın vasitəçiliyi ilə minalanmış ərazilərin Ermənistandan alınan xəritələrinin 75 %-nin doğru olmadığı üzə çıxmış oldu. Minalanmış ərazilərin xəritələrinin cəmi 25%-nin doğru olması ilə bağlı İ.Əliyevin fikri rəsmi Kreml üçün SOS olmalıdır. Bu, Rusiyanın sülhməramlı qüvvələrinin fəaliyyəti ilə bağlı xeyli şübhəli məqamları ortaya çıxarmış oldu. Eyni zamanda, Rusiyanın vasitəçilik missiyasının heç bir işə yaramadğını nümayiş etdirdi. Eləcə də, uzun illər ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın ermənipərəst mövqe tutduğunun növbəti və təsdiqə ehtiyacı olmayan nümunələrindən biridir.
Dördüncüsü, Rusiya müdafiə nazirliyi bir neçə gün əvvəl "Dağlıq Qarabağı silahlı birləşmələri..." ifadəsini işlətməklə terrorçu qruplaşmaların himayə olunmasındakı maraqlarını büruzə verdi. İ.Əliyevin müsahibə zamanı "İkinci Qarabağ Müharibəsindəki məğlubiyyət onlara dərs olmayıb" deməklə, Azərbaycanın istənilən zaman anti-terror əməliyyatlarına başlaya biləcəyinin və Kremlin terrorçuları himayəçilik planlarının da alt-üst ediləcəyinin göstəricisidir.
"Boşluq olmamalıdır, ara olmamalıdır ki, kimsə bu araya girməsin.."
Prezident İ.Əliyevin müsahibə zamanı səsləndirdiyi fikirlərdən biri Azərbaycan-Türkiyə birlik modelinin möhkəmləndirilməsinin vacibliyi ilə bağlıdır.
O deyir: "Boşluq olmamalıdır, ara olmamalıdır ki, kimsə bu araya girməsin. Çünki elələri də var. Çalışacaqlar ki, aramıza girsinlər, çalışacaqlar ki, provokasiyalar, təxribatlar, uydurmalar ortaya atılsın".
Həqiqətən də tarix sübut edib ki, iki qardaş dövlət arasındakı münasibətlərin müxtəlif dövrlərdəki mövsümi zəifliyi məhz düşmənlərin planlarından doğan amillərlə bağlı olub. Bu baxımdan, bundan sonra da təkcə Azərbaycan deyil, həm də Türkiyə iqtisadi-siyasi, hərbi və mədəni əlaqələrinin daha da gücləndirilməsi üçün bütün vasitələrdən istifadə etməlidir.
Samir Feyruzov

Siyasi       Tarix: 15 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik

Biz əvvəlki illərdə heç ağlımıza gələ bilməyən bazarlara qaz nəql edirik, məsələn, Suriyaya. Suriyadan qonşu ölkələrə də keçə bilərik. Orada da qaza böyük tələbat var. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev I

Yaxın Şərqin "xuliqanı" zərərsizləşdirilir: Trampdan sərt bəyanat

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt mövqeyini ifadə edərək, Tehranın Yaxın Şərqdəki təsirini və hərbi gücünü ciddi şəkildə itirdiyini bəyan edib. xəbər verir ki o, İranın hərbi potensialının dörd ay əvvəlki ilə müqayisəd

Yunan nəşri: İsrail ermənilərə görə geri çəkildi, Azərbaycan

İsrail hökuməti 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsini dayandırıb. xəbər verir ki, Yunanıstanın ProtoThema nəşri bu qərarın Azərbaycanla münasibətlər

Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. xəbər verir ki, görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub

Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi istintaq olunub. Baş Prokurorluğun Mətbuat xidmətindən -a bildirilib ki, eks-bələdiyyə sədri Musayev Orxan Elxan oğlu yarım milyondan çox mənimsəməd

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Prezident İlham Əliyev Azərbaycanı istəməyən qüvvələrin heç vaxt əl çəkməyəcəyini deyib və bu mübarizənin daimi olacağını bəyan edib. Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidə

Prezidentlər işğal dövründə güllələnmiş büstlərə baxdılar

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründ

Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır - Prezident

ABŞ ilə Azərbaycan arasındakı münasibətlərə gəldikdə, bu münasibətlər çox əladır, hətta deyərdim ki, strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunu

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu

Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur. APA-ya istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib. "Xoşbəxtlikdən Azərbaycanın nə mövcud


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberlər kriminal bugun sonxəbərlər krimnal xeber