İlham Əliyevin sayəsində informasiya müharibəsinin də qalibi olduq - ŞƏRH

İlham Əliyevin sayəsində informasiya müharibəsinin də qalibi olduq - ŞƏRH8 noyabrda Azərbaycanın Şanlı Zəfər Günündən 2 il ötür.
Bu savaş bir çox aspektdə gedirdi və birmənalı şəkildə demək olar ki, Azərbaycan bütün cəbhələrdə düşməni məğlub etdi.  
Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti düşmənə göz dağı verirdi.
Məsələ ilə bağlı azxeber.com-a danışan siyasi şərhçi, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, müharibə təkcə siyasi yox bütün qütblərdə gedirdi:
"44 günlük Vətən Müharibəsini xatırlayanlar ilk gündən başlayaraq prosesin təkcə döyüş meydanında getmədiyini və bütün qütblərdən ölkəmizə qarşı aparılan informasiya savaşının qarşısında Ali Baş Komandanın həm də informasiya ordusuna rəhbərlik edən bir şəxs kimi dayandığını görə bilirdi. Həmin günlərdə Azərbaycan prezidentinin tvitləri, bəyanatları, açıqlamaları Azərbaycan xalqına müraciətləri bizim nə qədər milli vətənpərvərlik ruhumuzun ölkədə yüksəlməsinə rəvac verirdisə, liderimizin ətrafında birləşən Azərbaycan xalqının daha da bütövləşməsinə zəmin yaradırdısa, bir o qədər Azərbaycana qarşı həyata keçirilən total informasiya kampaniyasının qarşısının alınmasına xidmət edirdi".
Politoloq qeyd edib ki, İlham Əliyevin cəsarət və qətiyyəti dünya üçün də bir nümunədir:
"Azərbaycan Prezidentinin həmin günlərdə nümayiş etdirdiyi mövqe, cəsarət, qətiyyət və iti zəka, qənaətimə görə, hələ uzun illər boyu dünyanın müxtəlif informasiya resursları tərəfindən araşdırılacaq və bu, bir nümunə kimi göstəriləcək. Bu, öz xalqının, dövlətinin maraqlarına sonuna qədər müdafiə etməyi bacarmaq  və müdafiə etmək bacarığının bir nümunəsidir. Yəni, söhbət bütün komponentlərdən gedir. Burada sadəcə dərin və iti zəka, hazırcavablıq digər amillər mühüm rol oynamır. Burada həm qətiyyət, cəsarət və vətənə olan sevgi, öz mövqeyinə sonuna qədər inanmaq kimi yüksək keyfiyyətlər də yer alır. Bu aspektdən də düşünürəm ki, həmin günlər bir media mənsubu olaraq bizim üçün də ayrıca bir qürur mənbəyi idi. 
Şübhəsiz ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və həll edilən böyük zəfər bizim üçün tarixi bir qürurdu və zaman keçdikcə bütöv Azərbaycan xalqı bu qüruru yaşayacaq, bu zəfər ideyası ətrafında daim birləşəcək".
Siyasi şərhçi əlavə edib ki, Ali Baş Komandanın nümayiş etdirdiyi mövqe döyüş meydanında əldə etdiyimiz zəfərlə deyil, həm də informasiya sahəsində qazanılan böyük uğurdur:
"Bununla yanaşı, bir media mənsubu olaraq da, informasiya savaşında Azərbaycan liderinin, Ali Baş Komandanın nümayiş etdirdiyi mövqe və hesab edirəm ki, bütün ən kəskin sualların cavabında Azərbaycanın mövqelərinin arqumentləşdirərək, faktlara əsaslanaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılması prinsipial olaraq, həqiqətin tam çılpaqlığına qədər ifadə edilməsi, bizim hər birimiz üçün nümunə və qürurverici haldır. Bu gün əgər informasiya sahəsində mücadilə aparmaq, önə çıxmaq nümunəsi varsa, təkcə Azərbaycanın vətəndaşları üçün deyil, bütün azərbaycanlılar üçün, dünyanın müxtəlif qütbləri tərəfindən ədalətsizliyə məruz qalan insanlar üçün, xalqlar üçün İlham Əliyevin timsalında önəmli bir nümunə var. Bu aspektdən düşünürəm ki, şübhəsiz, həmin o tarix, zaman kəsiyi təkcə döyüş meydanında əldə etdiyimiz zəfərlə deyil, həm də informasiya sahəsində qazanılan böyük uğurla yadda qalacaq və xatırlanacaq".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 06 noyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Deputatlar süni intellektdən necə istifadə edir? - SORĞU

Süni intellekt artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar müxtəlif sahələrdə işlərini asanlaşdırmaq, məlumat əldə etmək və vaxt qazanmaq üçün süni intellekt alətlərindən istifadə edirlər. Milli Məclisi

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler az valyuta mezennesi 2026 valyuta mezennesi banklar beynelxalq bank mezenne