İlham Əliyevin seçkidə rəqibləri kimlər olacaq? - İLKİN SİYAHI

İlham Əliyevin seçkidə rəqibləri kimlər olacaq? - İLKİN SİYAHIGələn il fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Dekabrın 7-də bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dekabrın 9-dan başlayaraq seçkidə iştirak etmək istəyən şəxslər namizədliklərini irəli sürə bilərlər.
Əslində növbədənkənar seçki beyinləri dumanlandırıb. Heç kəs belə qərar gözləmirdi. Əsas gözlənti referendumun keçiriləcəyi ilə bağlı idi. Müəyyən qədər də parlament seçkiləri haqda söz-söhbət dolaşırdı. Amma heç kimin gözləmədiyi oldu.
İndi hər kəsi bir sual düşündürür: İlham Əliyevin seçkidə rəqibləri kimlər olacaq? Ona kimlər alternativ olmağı düşünür?
Bu suala avtomatik olaraq belə cavab verilə bilər ki, 2008-ci ildən bəri namizəd olan şəxslər bu seçkidə də iştirak edəcəklər.
KONKRET.az bu mövzuda yeni məlumatlar əldə edib. Məlumatda olduqca maraqlı, hətta sensasion adlar var.
Saytımızın əldə etdiyi məlumata görə, indiyə kimi prezident seçkilərində namizəd olan bir neçə şəxs bu dəfə də kampaniyaya qatılacaq. Ancaq namizədlər korpusuna yeni adların əlavə edildiyi də bildirilir.
Favorit namizədlərdən biri kimi deputat, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Orucun adı çəkilir. Xatırladaq ki, Z.Oruc son 3 seçkidə namizəd kimi iştirak edib. O, 2018-ci il seçkilərində rəsmi məlumatlara əsasən seçki ikincisi olub.
Sərdar Cəlaloğlunun, Hafiz Hacıyevin, Razi Nurullayevin də namizəd kimi seçkiyə qatılacağı istisna deyil. Fərəc Quliyevin namizəd olub-olmayacağı isə hələlik dəqiq bilinmir.
Namizədlər siyahısında yeni adların olduğu da deyilir.
Ağ Partiya sədri Tural Abbaslının bu seçkidə namizəd olacağı haqda məlumat əldə etmişik. T.Abbaslı hazırda Azərbaycanda müxalifət liderləri arasında ən potensiallı və populyar siyasətçi hesab edilir. Bildirilir ki, onun başqan olduğu partiya üzvlərinin sayına görə YAP-dan sonra ikincidir.
Politoloq, keçmiş jurnalist Elxan Şükürlünün də namizədlər sırasında olacağı deyilir. E.Şükürlü son illər öz siyasi baxışı, müxtəlif mövzularda orijinal yanaşması və təhlilləri ilə ictimai rəydə özünə yer etmiş siyasətçilərdəndir. Onun da namizədliyi maraqlı qarşılanar və debatlara rəng qatar.
Namizədlər arasında Milli Məclisin vitse-spikerlərindən birinin də adı çəkilir. Bəzi dəqiqləşdirmələr etmək zərurəti yarandığı üçün onun adını hələlik qeyd etməyi uyğun bilmədik.
Bu siyahıda başqa sürpriz adların olacağı istisna deyil. Qarşıda Azərbaycanı olduqca maraqlı seçki kampaniyası, gərgin debatlar gözləyir.//Globalinfo.az

Siyasi       Tarix: 11 dekabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeberler ən son xəbərlər maliyye xeberler bugun bugünki xəbərlər