İlham Əliyevin seçkidə rəqibləri kimlər olacaq? - İLKİN SİYAHI
Gələn il fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Dekabrın 7-də bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dekabrın 9-dan başlayaraq seçkidə iştirak etmək istəyən şəxslər namizədliklərini irəli sürə bilərlər.
Əslində növbədənkənar seçki beyinləri dumanlandırıb. Heç kəs belə qərar gözləmirdi. Əsas gözlənti referendumun keçiriləcəyi ilə bağlı idi. Müəyyən qədər də parlament seçkiləri haqda söz-söhbət dolaşırdı. Amma heç kimin gözləmədiyi oldu.
İndi hər kəsi bir sual düşündürür: İlham Əliyevin seçkidə rəqibləri kimlər olacaq? Ona kimlər alternativ olmağı düşünür?
Bu suala avtomatik olaraq belə cavab verilə bilər ki, 2008-ci ildən bəri namizəd olan şəxslər bu seçkidə də iştirak edəcəklər.
KONKRET.az xəbər verir ki, Globalinfo.az bu mövzuda yeni məlumatlar əldə edib. Məlumatda olduqca maraqlı, hətta sensasion adlar var.
Saytımızın əldə etdiyi məlumata görə, indiyə kimi prezident seçkilərində namizəd olan bir neçə şəxs bu dəfə də kampaniyaya qatılacaq. Ancaq namizədlər korpusuna yeni adların əlavə edildiyi də bildirilir.
Favorit namizədlərdən biri kimi deputat, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Orucun adı çəkilir. Xatırladaq ki, Z.Oruc son 3 seçkidə namizəd kimi iştirak edib. O, 2018-ci il seçkilərində rəsmi məlumatlara əsasən seçki ikincisi olub.
Sərdar Cəlaloğlunun, Hafiz Hacıyevin, Razi Nurullayevin də namizəd kimi seçkiyə qatılacağı istisna deyil. Fərəc Quliyevin namizəd olub-olmayacağı isə hələlik dəqiq bilinmir.
Namizədlər siyahısında yeni adların olduğu da deyilir.
Ağ Partiya sədri Tural Abbaslının bu seçkidə namizəd olacağı haqda məlumat əldə etmişik. T.Abbaslı hazırda Azərbaycanda müxalifət liderləri arasında ən potensiallı və populyar siyasətçi hesab edilir. Bildirilir ki, onun başqan olduğu partiya üzvlərinin sayına görə YAP-dan sonra ikincidir.
Politoloq, keçmiş jurnalist Elxan Şükürlünün də namizədlər sırasında olacağı deyilir. E.Şükürlü son illər öz siyasi baxışı, müxtəlif mövzularda orijinal yanaşması və təhlilləri ilə ictimai rəydə özünə yer etmiş siyasətçilərdəndir. Onun da namizədliyi maraqlı qarşılanar və debatlara rəng qatar.
Namizədlər arasında Milli Məclisin vitse-spikerlərindən birinin də adı çəkilir. Bəzi dəqiqləşdirmələr etmək zərurəti yarandığı üçün onun adını hələlik qeyd etməyi uyğun bilmədik.
Bu siyahıda başqa sürpriz adların olacağı istisna deyil. Qarşıda Azərbaycanı olduqca maraqlı seçki kampaniyası, gərgin debatlar gözləyir.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda