İlham Əliyevin şərəfinə nahar verildi - FOTO

İlham Əliyevin şərəfinə nahar verildi - FOTOSentyabrın 30-da Sofiyada Bolqarıstan Respublikasının müvəqqəti Hökumətinin rəhbəri Qılıb Donevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.
KONKRET.az xəbər verir ki, Bolqarıstanın müvəqqəti Hökumətinin rəhbəri Qılıb Donev dedi:
-Hörmətli cənab Prezident Əliyev.
Hörmətli cənab nazirlər, Azərbaycan nümayəndə heyətinin üzvləri.
Mən Sizi Bolqarıstan Respublikasında salamlamaqdan olduqca məmnunam. Bu səfər ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Əminəm ki, səfəriniz nəinki bu il intensiv qaydada apardığımız siyasi dialoqa töhfə verəcək, o cümlədən həm enerji təhlükəsizliyi, həm qarşılıqlı maraq doğuran bütün digər sahələrdə ölkələrimiz arasında əməkdaşlığı daha da genişləndirəcək və inkişaf etdirəcək.
İnanıram ki, son illər ərzində iki ölkə arasında yüksək və ali səviyyələrdə aparılan fəal strateji dialoq dostluq və qarşılıqlı hörmət əsasında inkişaf yolu ilə davam edəcək və o, hazırkı mürəkkəb geosiyasi hadisələr baxımından daha da əhəmiyyətlidir.
Hesab edirəm ki, səfəriniz coğrafi mövqeyimizdən daha yaxşı bəhrələnməyə və nəinki xalqlarımız, eləcə də bütün Avropa üçün daha böyük sabitliyə, proqnozlaşdırmaya və əminliyə töhfə verəcək.
Əlbəttə ki, şəxsən mənim və bütün bolqarların dərin hörmət bəslədiyi Heydər Əliyev Fondunu qeyd etməliyəm. Bu Fondun Bolqarıstanın qədim paytaxtı Veliko Tırnovo şəhərindəki "Trapezitsa" tarixi kompleksinin bərpasına və inkişafına verdiyi töhfəsi mədəniyyət sahəsində yaxşı əməkdaşlıq və əlaqələrin nümunəsidir.
Bir daha xoş gəlmisiniz və Sizə uğurlu səfər arzu edirəm.
***
Prezident İlham Əliyev dedi:
-Cənab Baş nazir, təşəkkür edirəm. Sizi görməyimə çox şadam. İkitərəfli münasibətlərimizə aid mühüm məsələləri müzakirə etmək fürsətinə görə çox məmnunam. Əminəm ki, bu səfər ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcək və Bolqarıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq yeni dinamika qazanacaq.
Uzun illər ərzində, əslində, artıq yeddi ildir ki, bir-birimizi strateji tərəfdaş hesab edirik və sözün əsl mənasında, biz həmin sıx əməkdaşlığın nəticələrini görürük. Ticarət dövriyyəsi sahəsində yaxşı nəticələri müşahidə edirik. Baxmayaraq tam göstəricilər hələ ki, qane etmir, lakin bu il ticarət dövriyyəmiz iki dəfədən çox artıb.
Bu gün ərzində mən potensial əməkdaşlığımıza dair daha praktiki əsasların müəyyən edilməsi üçün Bolqarıstanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşəcəyəm. Hazırda enerji təhlükəsizliyinin qlobal gündəlikdə birinci yer tutduğunu nəzərə alsaq, əlbəttə ki, Bolqarıstan ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq bizim diqqət mərkəzimizdədir.
Bu yaxınlarda biz bu əməkdaşlığa başlamışıq və Azərbaycan Bolqarıstan üçün qaz təchizatçısına çevrilib. Biz qaz təchizatının həcmini hətta elan edilmiş həcmdən də çox artırmağı planlaşdırırıq.
Birgə işimizi uğurla planlaşdıra biləcəyimiz digər vacib sahə marşrutların müəyyən edilməsidir. Hesab edirəm ki, mövcud layihələr və hazırkı birləşdirici xətlərin uzadılması ölkələrimizin ərazisi ilə artırılmış tranzit üçün yeni yaxşı imkanlar açacaq.
Cənab Baş nazir, Heydər Əliyev Fondunun Bolqarıstanda fəaliyyətini qeyd etdiyinizə görə təşəkkür edirəm. Veliko Tırnovoda tarixi bərpa prosesinə dəstək vermək bizim üçün böyük şərəf oldu. Bu layihə əməkdaşlığımızın səmimiliyini, xalqlarımız arasında çox yaxın əlaqələri bir daha göstərir.
Səfərim yenicə başlayıb, hazırda davam edir və sabah da davam edəcək. Lakin artıq söyləyə bilərəm ki, nəticələr məni qane edir.
İlham Əliyevin şərəfinə nahar verildi - FOTO

Siyasi       Tarix: 30 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb


azerbaycan xeberleri son xeberler yeni xeberler bugünkü son xəbərlər cəbhədən şad xəbər sonxabar az xəbər.az