İlham Əliyevin sülh gündəliyi regiondakı sabitliyi şərtləndirən amillərdən biridir

İlham Əliyevin sülh gündəliyi regiondakı sabitliyi şərtləndirən amillərdən biridirPrezident  İlham  Əliyev  22  iyul  2013-cü il  tarixdə  Şuşada  "Euronews"  televiziya  kanalına  müsahibə vermişdir.  Bu müsahibənin Cənubi  Qafqazın  yeni  tarixinin yazıldığı bir vaxtda Qarabağda - Şuşada  verilməsinin səbəbi  bir  daha erməni  vandalizmini  göstərmək idi. 
Gərginliyin və düşmənçiliyin aradan qalxmamasının səbəbləri ilə  bağlı  sualları  cavablandıran Prezident  İlham  Əliyev Ermənistanla münaqişənin  yekun  həllini tapmaq  məqsədilə edilən müəyyən təşəbbüslərdən danışdı. Azərbaycanın  mövqeyinin  ədalətli  olmasını  söylədi. Qeyd etdi ki,  30 illik işğaldan  əziyyət  çəkmiş 1  milyon  insan bu uzun müddət  ərzində  öz  yurd-yuvasından  didərgin  olmuş, lakin  döyüş  meydanında  haqqını  almışdır. 3 mindən  artıq  şəhid  verərək  ədaləti  bərpa  edən  bir  ölkə  yenə  də  sülh  tərəfdarıdır. Bu  sülhün  prinsipial  şərtləri  var: Ermənistan  tərəfdən  konstruktiv  yanaşma  olarsa, ərazi  bütövlüyümüzə  iddialardan  əl  çəkərsə, onda  sülh  variantını  tez  tapmaq olar. 
Cənab Prezident vəziyyəti nizamlamağa çalışan beynəlxalq iştirakçılardan   danışarkən, Minsk  Qrupunun  fəaliyyətsizliyini   vurğuladı. Avropa  İttifaqının  fəallığının  təbii  hesab  etdiyini və  münasibətlərin qarşılıqlı  hörmətə, etimada  və  maraqlara  söykəndiyini  bildirdi. Brüssel, Kişinyov və Rusiya tərəfindən  təşkil  olunmuş  görüşlərin  sülh  təşəbbüslərinə  xidmət  etdiyini  və  sülh ilə  nəticələnən  təşəbbüsü  irəli  sürən  tərəfi  dəstəkləyəcəyimizi   söylədi. Rusiya ilə  münasibətlərin  tarazlaşdığını, qonşu  və  tərəfdaş  olmağını,   bir  çox  nəzərəçarpan  layihələrin  olduğunu  bildirdi.  
Cənab Prezident 23  apreldən  etibarən  Qarabağın  2 min  sakininin   Ermənistana  asan şəkildə  gedib- gəldiyini, Qırmızı  Xaç  Komitəsinin  qanunsuz       əməllərini, qacaqmalçılıqla məşğul olmasını və onlara daha konstruktiv olmaları barədə xahiş olunduğunu bildirdi. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Qırmızı Xaç Komitəsinin Xankəndindəki nümayəndəliyi görəsən niyə  Yerevana tabedir?  Axı, elə Ermənistanın Baş Naziri özü belə dəfələrlə söyləyib ki, Qarabağ Azərbaycandır.
Laçın-Xankəndi yolundakı  vəziyyət artıq  dəyişmişdir. Ermənistanla sülh danışıqlarının uğurlu bir nəticə ilə yekunlaşacağına ümidvaram və bunun yaxın aylarda baş verəcəyinə inanıram. Müharibədə qalib gəlmək mənim siyasi həyatımın missiyası idi və müharibə uğurla başa çatdı.
Biz düzgün olanı etdik, biz öz torpağımızda vuruşduq və azad etdik.
Torpaqlarımız, şəhərlərimiz yerlə-yeksan edilmişdi. Bütün bunlara baxmayaraq biz qisas almadıq. Bizim onlara torpaq iddiamız yoxdur. İstəyirik ki, onlar torpaq iddialarından əl çəksinlər.
Qarabağda yaşayan  ermənilər ya bir çox milli azlıqlar kimi Azərbaycanda yaşamalı, ya da çıxıb getməlidir. Biz onlara seçim hüquqi  veririk. Biz separatizmə qarşı mübarizə aparmaqda Ukraynaya kömək etmək üçün Avropa və Qərbin necə birləşdiyini görürük. Bəs bizə gəldikdə, bizim seperatizmlə  mübarizəmizə fərqli yanaşma sərgilənir. Bizim legitim istəyimiz sual altına alınır. Nə üçün biz seperatizmə dözməliyik?
Biz Ermənistanla sülh istəyirik. Azərbaycan Ermənistan əlaqələri normallaşanda azərbaycanlılar da öz yurd yerlərinə qayıdacaq".
Azərbaycan xalqı  tarixin bu qara səhifəsinin biryolluq bağlanmasını istəyir. Sadə ermənilər də artıq müharibə istəmir. Onlar da Qarabağın Azərbaycana məxsus olduğunu bilir və bunu qəbul edirlər. Yaxşı olar ki, onlar separatçılara uymasınlar, öz övladlarını ölümə göndərməsinlər. Qarabağ erməniləri Azərbaycanda azərbaycanlılarla həmişə birgə yaşayıb. Cənab Prezidentimiz onların təhlükəsizlinin qorunacağını dəfələrlə bəyan edib. Odur ki, Qarabağ erməniləri öz qondarma liderlərinin arxasınca getməməlidirlər. 
Ali Baş Komandanımız cənab İlham Əliyev öz sözünə həmişə əməl edib. Odur ki, onlar başa düşməlidirlər ki, cəmiyyətimizin bir hissəsi olaraq azad, normal həyat yaşayacaqlar.
Təyyubə Hüseynova
Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim / azxeber.com

Siyasi       Tarix: 03 avqust 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizəni

Qarabağ əməliyyatından Vaşinqton razılaşmasına gedən yol: Nələr dəyişdi? 

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı ölkənin dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyini

Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliy

Tramp İlham Əliyevdən sitat gətirdi

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib. xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Ba

Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO

Məhv olmuş keçmiş separatçı rejimin bir sıra "nümayəndələri" bu gün İrəvandakı "Yerablur" hərbi panteonunda peyda olublar. xəbər verir ki, onların arasında separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanya


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxabar az sou xeberler son xeberler bu gun oxu.az xeberler