İlham Əliyevin "TEKNOFEST"dəki çıxışı Azərbaycanla Türkiyənin ümumi düşmənlərinə ünvanlanan mühüm mesaj oldu

İlham Əliyevin Bu gün dünyada Azərbaycan-Türkiyə münasibətlərinin analoqu yoxdur. Çünki bu əlaqələr dünya praktikasında gördüyümüz və alışdığımız siyasi, iqtisadi, hərbi, geostrateji və digər maraqlarla ölçülən bir münasibət deyil. Bu, qan və genlə, etnogenez və etnik tarixi birliklə yoğurulan, mayalanan əlaqələrdir. Tarixin bir çox sınaqlarından, ən son olaraq isə 44 günlük Vətən müharibəsinin və fevral ayında Türkiyədə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması sınaqlarından çıxmış bu birlik və bərabərlik sarsılmaz və əbədidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.
O qeyd edib ki, Türkiyə tarixinin ən məsuliyyətli bir dövründə – prezident və parlament seçkiləri ərəfəsində dövlətimizin başçısı İlham Əliyevin İstanbula səfəri, artıq ənənə şəklini almış "TEKNOFEST"də iştirakı, oradakı çıxışında verdiyi çox ciddi mesajlar həmin birlik və bərabərliyin ən parlaq nümunələrindən biridir. Bu, Azərbaycanın və Türkiyənin yaxşı gündə də, yaman gündə də birlikdə olduğuna və gələcəkdə də birgə hərəkət edəcəyinə dair bir anonsdur. Bu, eyni zamanda, müxtəlif yollarla Türkiyə və Azərbaycanın arasını "açmağa" çalışan ümumi düşmənlərimizə ünvanlanan mühüm mesajdır.
Nəhayət bu, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin hər hansı maraqlar üzərində qurulan müvəqqəti münasibət olduğunu düşünən qüvvələrə ünvanlanan xəbərdarlıqdır. Bu gün böyük Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və Ulu Öndər Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" tezislərinə Prezident İlham Əliyevin "Bir yumruq" mesajı da əlavə olundu ki, dost da, düşmən də bu mesajdan lazımi nəticə çıxarmalıdır.
"Prezident İlham Əliyevin İstanbula işgüzar səfəri zamanı "Bayraktar"ın Azərbaycanda fəaliyyətə başlayacağı, "Kızılelma"nın ölkəmizin səmasında görünəcəyi və Azərbaycanın Türkiyənin təbii fəlakət bölgəsində böyük bir yaşayış massivinin inşasına başlaması ilə bağlı açıqlamaları qardaş ölkədə böyük təqdir və maraqla qarşılandı. Prezident İlham Əliyev, eyni zamanda, aydın şəkildə bildirdi ki, Türkiyənin regional və qlobal problemlərin həllində rolunun artması, Azərbaycanın Avropanın enerji təchizatında ön plana çıxması kimi amillər iki qardaş ölkənin birgə səylərinin və uzaqgörən siyasətinin nəticələridir", – deyə F.Şahbazlı vurğulayıb. / azxeber.com

Siyasi       Tarix: 01 may 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun sonxeber son xeberler 2026 gunun xeberleri