İlham Əliyevin Xankəndidə səs verməsi dünyaya hansı mesajı verdi?

İlham Əliyevin Xankəndidə səs verməsi dünyaya hansı mesajı verdi?Xəbər verdiyimiz kimi, ötən gün 7 fevral tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi.
Seçki günündə seçici fəallığı günün sonuna qədər müşahidə edildi.
Bülletenlərin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 93.9 faiz səslə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Prezident seçkilərində diqqətçəkən əsas məqamlardan biri dövlət başçısının Xankəndidə səsvermə hüququndan istifadə etməsi olub.
İlham Əliyevin Xankəndidəki seçkidə iştirak etməsi dünyaya və düşmənlərimizə hansı mesaj verdi?
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Hikmət Babaoğlu azxeber.com-a açıqlamasında bildirib ki, 7 fevral prezident seçkiləri Azərbaycanın milli demokratiya tarixinin bayramına çevrildi:
İlham Əliyevin Xankəndidə səs verməsi dünyaya hansı mesajı verdi?"Azərbaycanda keçirilən 7 fevral - növbədənkənar prezident seçkiləri milli demokratiya tariximizin bayramına çevrildi. Azərbaycan xalqı tarixi zəfəri bizə bəxş edən siyasi lideri öz səsləri ilə yenidən hakimiyyətin zirvəsinə daşıdı. Bu, ən böyük insan hüquqları, demokratiya hadisəsidir. Prezident İlham Əliyev Xankəndidə səsvermə hüququndan istifadə etdi. Bu proses bütövlükdə tariximizdə yeni bir hadisə idi. Çünki yarandığı gündən, yəni 1923-cü ildən bu vaxta qədər heç vaxt heç bir Azərbaycan rəhbəri Xankəndidə keçirilən prezident seçkilərində öz səsini hüquqi prosedura çevirə bilməmişdir. Bunu cənab Prezident, Ali Baş Komandan İlham Əliyev etdi".
Deputat hesab edir ki, dünənə qədər dünyada terror yuvası kimi tanınan Xankəndi şəhəri seçkidə demokratiyanın təntənə etdiyi mərkəzə çevrilmiş oldu:
"Dünənə qədər dünyada terror, separatçılıq yuvası kimi tanınan Xankəndi bu gün demokratiyanın təntənə etdiyi, xalqın hüquqlarını seçki vasitəsiylə ifadə etdiyi bir mərkəzə çevrilmiş oldu. Birincisi, bu prezident seçkisi, əlbəttə ki, Azərbaycan xalqının milli yaddaşına əbədi yazılan bir hadisə oldu. İkincisi də dünənə qədər dünyanın müxtəlif platformalarında separatçıların beşiyi kimi tanınan Xankəndinin sivil, normal bir Azərbaycan şəhəri olduğunun göstəricisinə çevrildi. Ona görə də mən düşünürəm ki, bu hadisə bir daha onu göstərdi ki, Azərbaycan xalqı üçün demokratiya onun hüquqlarının bərpasıdır. Azərbaycan xalqı üçün demokratiya insan hüquqları öz tarixi torpağını, ərazisinin hər bir qarışında mühüm hüquqi-siyasi aksiyaları həyata keçirmək imkanlarıdır. Əslində, bir gün öncə bu mühüm hadisə baş verdi ki, bu da dövlətçiliyimiz, milli inkişaf baxımından yeni bir səhifə yaratmış oldu".
Mövzu ilə əlaqədar azxeber.com-a danışan siyasi şərhçi Tural İsmayılov deyib ki, dünənki seçki prosesi ölkəmizin tarixinə möhtəşəm bir hadisə kimi həkk olundu:
İlham Əliyevin Xankəndidə səs verməsi dünyaya hansı mesajı verdi?"Əlbəttə ki, cənab Prezident İlham Əliyevin qələbəsi müstəsna əhəmiyyətə malikdir. Çünki bu gün Azərbaycan tarixi bir dövrdə bu növbədənkənar prezident seçkilərin keçirdi. İlk dəfə ölkəmizin yuristiksiyasının (hüququ) bərpa olunduğu bütün suveren ərazilərdə belə bir möhtəşəm və mükəmməl seçki prosesi başa çatdı. O cümlədən nəzərə almaq lazımdır ki, həm fəslin çətinliyinə baxmayaraq, həm də eyni zamanda dünyada 2024-cü ilin qlobal seçki marafonları ili kimi xarakterizə edildiyi bir dövrdə hamının diqqətinin özəlliklə qazandığı qələbədən sonra üzərinə cəmləşdiyi Azərbaycanın belə dünya ölkələrinə örnək olan mükəmməl səviyyədə, seçki aktivliyi ilə seçilən belə bir səviyyədə seçki həyata keçirməyi xüsusi diqqətə layiq bir hadisə idi. Buna görə də bizim ölkəmizə olan diqqət və maraq özünü ilk dəqiqələrdən göstərdi".
Politoloq bildirib ki, "Exit-poll"un ilkin nəticələrindən sonra İlham Əliyevin reytinqi və səs fərqi hər kəsə aydın oldu:
"Exit-poll"un ilkin nəticələri zamanı bir daha aydın oldu ki, İlham Əliyevin reytinqi və aldığı səs digər namizədlərə nisbətən bir xeyli öndədir. Təbii ki, namizədlərin bir çoxu da fərqində idi ki, Xankəndiyə Azərbaycan bayrağını sancan, çətin geopolitik situasiyalarda bu qədər böyük qələbələr qazanan İlham Əliyevlə rəqabət aparmaq çətin bir məsələdir. Amma hər halda bu seçkidəki demokratiyadan istifadə edən bütün namizədlər və onların səlahiyyətli nümayəndələri də cəmiyyətlə daha geniş təmasa keçdi, öz fikir və ideyalarını insanlara təqdim etdi. Azərbaycanın, əlbəttə ki, həm regional, həm coğrafi konturlar baxımından, həm də geostrateji mövqe baxımından çox yaxşı mövqeləri var və bu sözügedən mövqelər beynəlxalq birlik tərəfindən daim dəyərləndirilir".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "işğaldan azad olunmuş ərazilərə ""Böyük Qayıdış"" mövzusunda dərc edilib.
İlham Əliyevin Xankəndidə səs verməsi dünyaya hansı mesajı verdi?

Siyasi       Tarix: 08 fevral 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxəbərlər xeberler azerbaycan enson xeberler cəbhədən son vəziyyət