İlham Əliyevin yeni kitabı çapdan çıxdı - FOTO

İlham Əliyevin yeni kitabı çapdan çıxdı - FOTO"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 119-cu kitabı çapdan çıxıb.
azxeber.com AZƏRTAC-a istinadla xəbər verir ki, çoxcildliyin yeni kitabındakı materiallar 2022-ci ilin aprel-may aylarını əhatə edir.
O dövrün mühüm hadisələrindən biri ADA Universitetində "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfransın keçirilməsi olub. Həmin konfransda İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornelin sualını cavablandıran Prezident İlham Əliyev deyib:
"Biz gələcəyə baxmalıyıq və Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır. Bu halda, Ermənistanın siyasəti heç bir məntiqə sığmır. Ola bilsin, onlara bir az vaxt lazımdır. Bəlkə də onlar öz fikirləri əsasında ola biləcək riskləri qiymətləndirməlidirlər. Lakin hesab edirəm ki, bu, qaçılmazdır. Biz hazırıq. Gürcü həmkarlarımız da hazırdır. Fikrimcə, bu, birinci addım ola bilərdi".
Aprelin 28-də Şuşada işinə başlamış və Bakıda davam etmiş beynəlxalq konfransda dövlətimizin başçısının çıxışının mətni, suallara cavabları, həmçinin konfrans barədə materiallar yeni kitaba daxil edilib.
Kitabda Azərbaycan Prezidentinin işğaldan azad edilmiş bölgələrə səfərləri də əksini tapıb. Mayın 10-da Prezident İlham Əliyev Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısı, həmin gün Şuşaya da gedib, məşhur tarzən, bəstəkar və sənətkar Sadıqcanın vaxtilə yaşadığı evdə, Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri, "Shusha Boutique Hotel"in yerləşəcəyi ərazi, Şuşa Real məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanış olub, "Azərişıq" ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılış mərasimində çıxış edib. Bu səfərlərdən, habelə mayın 12-də Prezidentin Şuşada V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının açılışında iştirakından bəhs edən materiallar çoxcildliyin 119-cu kitabında toplanıb.
Azərbaycan Prezidentinin Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri, o cümlədən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanışlığı, "Cəbrayıl" enerji qovşağının təməlqoyma mərasimində iştirakı, Zəngilanda "Ağıllı kənd" layihəsinin birinci mərhələsinin açılışı zamanı kənd sakinləri ilə görüşü haqqında informasiyalarla, həmin görüşdəki çıxışının mətni ilə də yeni kitabda tanış olmaq mümkündür.
Nəşrə Azərbaycan Prezidentinin Türkiyəyə işgüzar səfəri çərçivəsində Rizə-Artvin Hava Limanının açılışında iştirakına dair xəbərlər, iki qardaş ölkənin liderlərinin açılış mərasimində çıxışlarının mətni daxil edilib. Kitabda dövlətimizin başçısının Belçikaya işgüzar səfəri haqqında informasiyalar da verilib.
Kitaba Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü barədə məlumat, liderlərin mətbuata bəyanatlarının, Azərbaycan-Litva biznes-forumunda çıxışlarının mətnləri daxil edilib.
"Azərnəşr" tərəfindən buraxılan 119-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
İlham Əliyevin yeni kitabı çapdan çıxdı - FOTO

Siyasi       Tarix: 01 iyul 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal valyuta mezennesi sou xeberler bugun son xeberler bugun 2026 canli