İlqar Məmmədov: "Referendum və növbədənkənar seçki qoxusu gəlir" - VİDEO
Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov son günlər şəxsinə və REAl Partyasına yönəlik mediada (o cümlədən sosial mediada) yayılan tənqidlərlə bağlı açıqlama verib.
KONKRET.az həmin açıqlamanı təqdim edir:
"Mənə və partiyamıza qarşı yeni təbliğat dalğasından referendum və növbədənkənar seçki qoxusu gəlir. Hakimiyyət çox narahatdır ki, son 1-2 ayda daha fəal təqdim etdiyimiz təşəbbüslər geniş rəğbət qazandıqca həqiqətən seçkinin gündəminə çevrilər.
Doğrudan da, ərzaq üzərinə qoyulan ƏDV vergisinin endirilməsi ideyası, Böyük Qayıdışla bağlı, qazilərin sosial müdafiəsi ilə bağlı, pandemiya siyasətinin faciəvi iflası ilə bağlı, memarlıq siyasəti ilə bağlı, sərməyə iqlimi ilə bağlı son 1-2 ayda qabartdığımız gündəm təhlükəlidir.
Nə etmələri lazım idi? Bəli, yenə də bayağı, mənəviyyatbaz, yekəbaş söz-söhbətlə insanların başını qatıb gündəmin keyfiyyətini öldürmək lazım idi onlara – və indi məhz bu istiqamətdə edilən cəhdi görürsünüz".
Müraciətin videoyazısı:

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?