İlqar Məmmədov Türkiyə əleyhinə fikirlərinə görə istefaya çağırıldı - AÇIQLAMA
"Yanvarın 24-də AŞPA-da baş verənlərdən sonra Azərbaycanın ictimai-siyasi həyatında hamı bu qurumun ədalətdənkənar, anti-Azərbaycan və anti-türk mövqeyinə görə qınadığı bir vaxtda həmrəylikdən kənar addım atan REAL sədri İlqar Məmmədov günahı sanki Türkiyə nümayəndə heyətində görməyə çalışdı. Əslində, fikirləri AŞPA-dan yayındırmaqla mövzunun istiqamətini Türkiyəyə qarşı yönəldən İlqar Məmmədov Azərbaycanın ictimai-siyasi həyatındakı bu müzakirələrin hədəfini Türkiyəyə qarşı yönəltməyə çalışdı. Dəqiq deyə bilmərəm, bu İlqar Məmmədovun öz mövqeyi idi, yoxsa hər zaman maliyyə dəstəyi axtardığı Avropadakı dostlarının tapşırığı idi. Hər iki halda belə statusun yazılması özünü türk millətinin nümayəndəsi hesab edən heç kəsə başucalığı gətirə bilməz".
KONKRET.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
"İlqar Məmmədov yazır ki, güya Türkiyə nümayəndə heyyəti Azərbaycanı dəstəkləmək üçün ciddi fəallıq göstərmədi, heyyətin yarısı iclasa gəlmədi. Ancaq REAL sədri bilməli idi ki, heyyət tam tərkibdə iclasda olsaydı belə, nə dəyişəcəkdi? Bu qətnamənin bünövrəsi hələ 23 oktyabr 2023-cü ildə qoyulub. AŞPA-nın həmin tarixli "Dağlıq Qarabağda hümanitar vəziyyət" adlı qətnaməsinin 23-cü bəndində Azərbaycan açıq-aşkar təhdid edilirdi. Həmin qətnamədə Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin 2024-cü ilin yanvar sessiyasında "cəmi 3 aydan sonra" tanınmayacağını bəyan edirdi. Yəqin ki, bunu da İlqar Məmmədov bilməmiş deyildi. Deməli, 2024-cü ilin yanvarındakı AŞPA şousu 19-23 sentyabr anti-terror əməliyyatlarını həzm edə bilməyən andan başlayıb. Bu qətnamənin müəllifi almaniyalı deputat Frank Şvabeni (Frank Schwabe) AŞPA-da nümayəndə heyətinin üzvü olmamışdan öncə tanıyıram. O, həmişə Azərbaycan əleyhinə olan məsələlərdə canfəşanlıq edən və ətrafına bu niyyətli olan insanları toplamağa cəhd edənlərin başında dayanır".
Çingiz Qənizadə
Çingiz Qənizadə qeyd edib ki, REAL sədri İlqar Məmmədov öz statusunda "Türkiyə bu məsələni ümummilli məsələ kimi qəbul etmədi" deyərkən, artıq onun qardaş ölkəni ittiham etmək cəhdlərinin şahidi olduq:
"İlqar Məmmədova sual verirəm ki, korrupsiya, ayrı-seçkilik, etnik və islamafob nifrət, ikili standrtlar və s. kimi neqativ halların hökm sürdüyü Avropa Şurası Parlament Assambleyası günahkardır, yoxsa qardaş Türkiyə? REAL partiyasının həm rəhbərliyində, həm də sıravi üzvləri arasında mənim hörmət etdiyim kifayət qədər şəxslər var. REAL partiyası dedikdə, mən bu fikirlərimi yalnız İlqar Məmmədova aid edirəm. İlqar Məmmədov seçkilərdə onsuzda qalib olmayacağı təqdirdə, istefaya gedəcəyini bildirirdi. Mən onun nəzərinə çatdırmaq istəyirəm ki, Türkiyə və türkçülüyün əleyhinə çıxan heç kim Azərbaycanda keçirilən seçkilərdə uğur qazana bilməz. Odur ki, İlqar Məmmədovun inidən istefası barədə düşünməyinin vaxtıdır. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı. Allah türkü qorusun!".
Turlar.az [newsid: 0-123300]

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR