İmamoğlunun gizlətdiyi həmin telefon ələ keçirildi

İmamoğlunun gizlətdiyi həmin telefon ələ keçirildiİstanbul Respublika Prokurorluğunun "İBB korrupsiya və terror istintaqı" çərçivəsində apardığı araşdırmalar nəticəsində həbs edilən və vəzifəsindən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri Əkrəm İmamoğluna məxsus gizli saxlanılan ikinci mobil telefon əməliyyat zamanı ələ keçirilib.
KONKRET.az Milil.Az-a istinadən xəbər verir ki, İmamoğlu həbsdə olduğu müddətdə bu telefondan istifadə edib.
İstanbul Baş Prokurorluğu tərəfindən davam etdirilən istintaq "cinayət təşkilatının yaradılması və rəhbərliyi", "təşkilata üzvlük", "korrupsiya", "şəxsi məlumatların qanunsuz əldə edilməsi" və "tender saxtakarlığı" kimi maddələrlə aparılır. İmamoğlu ilə yanaşı, digər şübhəlilər də eyni istintaqa cəlb olunub.
İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən basqın zamanı İmamoğlunun axtarışda olan ikinci mobil telefonu aşkar edilərək götürülüb. Araşdırmalara əsasən, həmin cihazdan istintaq zamanı da istifadə edildiyi müəyyənləşdirilib.
İmamoğlunun mart ayında həmin mobil telefon vasitəsilə etdiyi zənglərin HTS (telekommunikasiya) qeydləri istintaq materiallarına daxil edilib. Bu qeydlərdə onun 50 milyon lirə köçürməsi ilə gündəmə gələn Hüseyn Köksal ilə 5 dəfə, eyni istintaqda həbs edilən Kültür AŞ-nin keçmiş baş direktoru Serdal Taşkınla 8 dəfə, hazırkı direktor Murat Abbasla 11 dəfə, İBB Əmlak İdarəetmə Departamentinin rəhbəri Kağan Sürmegözlə isə 2 dəfə əlaqə saxladığı qeyd olunub.
HTS qeydlərinə əsasən, İmamoğlu istintaqda "təşkilatın idarəçilərindən biri" kimi göstərilən Fatih Keleşlə 135 dəfə danışıb. Bundan əlavə, Media A.Ş. İdarə Heyətinin sədri Murat Ongunla 521 dəfə, İstanbul Planlama Agentliyinin (İPA) rəhbəri Buğra Gökçe ilə 38 dəfə, siyasi müşavir Necati Özkanla isə 469 dəfə telefon əlaqəsi qurduğu aşkarlanıb.
İstintaq davam edir.

Siyasi       Tarix: 22 may 2025
f Paylaş

Oxşar xəbərlər

Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq

Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq. Bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzr

Paşinyan TRIPP-lə bağlı məsələyə nöqtə qoydu: İkisi də Azərbaycanda olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"nun iki giriş və iki çıxışının Azərbaycanda olacağını bildirib. O, TRIPP-ın Azərbaycan sərhədindən başlayıb Azərbaycanın sərhədində bitəcəyini söyləyib. "Saziş

Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun ona zəng edəcəyi təqdirdə telefon danışığı aparmağ

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

Ermənistan Aİİ ilə bağlı qərar verdi

Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olaraq qalır və bu qurumda iştirakın yaratdığı imkanlardan maksimum istifadə etməyi planlaşdırır. -a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin plena

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqa

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

Müsəlman aləmində baş verən bəzi hadisələr... - Prezident

Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşünd

Qarabağa diplomatik səfər və Ermənistanın "suverenlik sınağı"

Bəzən bir diplomatik səfər uzun siyasi bəyanatlardan daha çox həqiqəti üzə çıxarır. Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri də məhz bel


azerbaycan xeberleri yeni xeberler son xeberler maşın realiti şou maliyye xeberler bugun cəbhədən canlı sou xeberler