İmran Xan ABŞ-ı "hökuməti devirməkdə" İTTİHAM ETDİ
"Məni vəzifədən uzaqlaşdırmaq cəhdi ABŞ-ın daxili siyasətimizə açıq-aşkar müdaxiləsidir".
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan xarici mətbuat nümayəndələrinə verdiyi açıqlamasında bildirib.
İ.Xan qeyd edib ki, martın 8-də onların Vaşinqtondakı səfiri ABŞ rəsmiləri ilə görüşüb və rəsmi görüşdə səfirə "təhdid məktubu" verilib:
"İmran Xan getsə, Pakistan bağışlanacaq, əks halda bunun nəticələri olacaq".
Baş nazir ABŞ rəsmiləri onu Rusiyaya səfərinə görə ittiham etdiyini, lakin o, bu qərarı Xarici İşlər Nazirliyi, ordu və yüksək səviyyəli qurumlarla məsləhətləşərək qəbul etdiyini bildirib.
Rusiya səfərinin əhəmiyyətli olduğunu bildirən Xan, qaz təchizatı, buğda və kiber təhlükəsizliklə bağlı texnologiyaya ehtiyacı olduqlarını qeyd edib.
İmran Xan Pakistanın ABŞ-ın Əfqanıstandakı terrorla mübarizəsinə qatılaraq səhv etdiyini və bu müharibə zamanı 80 min vətəndaşın öldüyünü xatırladıb.
İqbal Rzayev,
KONKRET.az

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq