"İmran Xan parlamentdəki çoxluğu itirib və istefa verməlidir" - Şahbaz Şərif
Pakistan hökumətinin müttəfiq olduğu partiyalar müxalifətin tərəfinə keçib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Xalq Hərəkatı Partiyasından Xalid Makbul Siddiqi 7 deputatla keçirilən etimadsızlıq səsverməsində Baş nazir İmran Xana qarşı müxalifətin yanında olacaqlarını açıqlayıb.
İslamabadda keçirdiyi mətbuat konfransında Pakistan Müsəlman Liqası-Nəvaz Partiyasının lideri Şahbaz Şərif bəyan edib ki, Baş nazir İmran Xan parlamentdəki çoxluğu itirib və istefa verməlidir.
Bildirilir ki, İ.Xanın müttəfiq olduğu ədliyyə naziri Məhəmməd Faruk Nasim və İnformasiya Texnologiyaları və Telekommunikasiya naziri Aminul Hak istefa verib.
Qeyd edək ki, Pakistan Milli Assambleyası 342 deputatdan ibarətdir. Baş nazir İ. Xanın vəzifədən çıxarılması üçün müxalifətə 172 səs lazımdır. Mətbuatın yazdığına görə, etimadsızlıq səsverməsindən sonra hökumətin səsi 164, müxalifətin isə 176 olub. Baş nazir İmran Xana qarşı etimadsızlıq təklifi parlament tərəfindən martın 28-də 161 "lehinə" səsi ilə təsdiq edilib.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti