İndi alternativ yola görə camaat Paşinyanı söyür - Avaqyan

İndi alternativ yola görə camaat Paşinyanı söyür - Avaqyan"Gorus-Qafan yoluna alternativ yol elə vəziyyətdədir ki, təcili yardım maşını da yaxın kəndlərə vaxtında çata bilmir".
Publika.az xəbər verir ki, bunu erməni mediasına Qafan rayonunun Bardzravan icmasının rəhbəri Onik Avaqyan bildirib.
O, nyus.am-a açıqlamasında deyib ki, hazırda tikilməkdə olan alternativ yol elə bir vəziyyətdədir ki, kənd sakinlərindən kiminsə təcili yardıma ehtiyacı olsa, böyük problem yaranacaq: "Onlar söz verdilər ki, ilin sonuna kimi yeni asfalt yol çəkiləcək. Amma indi deyirlər ki, hava şəraiti imkan vermir, çəkə bilmirik. Hazırda Zəngəzurun kəndlərində yol xaosu hökm sürür. Alternativ yolun biz tərəfdən keçən hissəsinin uzunluğu 10 kilometrdir, onun 5 kilometrində bu vaxta qədər yalnız torpaq işləri görülüb. Bizim kəndin yaxınlığında isə heç bir iş aparılmır. Onların fikrincə, tikilməkdə olan yolun eni təxminən 6 metrə qədəri asfaltlanacaq, onun da vaxtı bəlli deyil. Hazırda həmin yolda yalnız iritonnajlı maşınlar hərəkət edə bilər".
Onik Avaqyanın sözlərinə görə, alternativ yol tamamilə tikilsə belə, gediş haqqı və yolun uzunluğu ilə bağlı ciddi fərq olacaq:
"Əgər indiyədək biz 35 km-lik yolu keçərək Gorusa çatmışdıqsa, indi alternativ marşrutla 70 km-i qət etməli olacağıq. Gorus-Qafan yolunu taksi ilə 5000 drama keçirik, alternativ yol isə 10 min dram olacaq. Fərq ikiqatdır, təbii ki, kəndli bunu öz cibində hiss edəcək. Əvvəllər bu adamlar Gorus-Qafan avtomobil yolu ilə hərəkət edirdilər, amma gömrük məntəqələri quraşdırıldıqdan sonra insanların əhval-ruhiyyəsinin necə dəyişdiyini artıq deyə bilmərəm. İstənilən halda, səyahət edərkən növbəti saniyədə nələrin dəyişə biləcəyini deyə bilməzsiniz. Çünki təhlükəli "yol"dur. İndi alternativ yola görə camaat Paşinyanı söyür".
Tural Turan

Dünya       Tarix: 13 noyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az son xeberler sonxabar az valyuta mezennesi kriminal xeber