İndiyə qədər bunu səhv bilmisiniz! - Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ

İndiyə qədər bunu səhv bilmisiniz! - Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQSon zamanlar bir çox insan, eləcə də çölyak xəstələri (qlütenə həssas enteropatiya – red.) qlütensiz pəhrizə riayət etməyə başlayıblar.
Bəs qlütensiz pəhriz hər kəs üçün uyğundurmu?
KONKRET.az xəbər verir ki, Türkiyənin Ondokuz May Universitetinin Sağlamlıq Elmləri Fakültəsi Qidalanma və Dietetika şöbəsinin müdiri Prof. Dr. Pınar Sökülmez Kaya qlütensiz pəhrizin müxtəlif xəstəliklərin, xüsusilə çölyak xəstəliyi, romatoid artrit (oynaq revmatizmi), fibromiyalji (toxuma revmatizmi), endometrioz, 1-ci tip diabet, tiroid xəstəlikləri, həmçinin autizm, şizofreniya, psoriaz və piylənmənin müalicəsində istifadə edildiyini bildirib.
Qlütensiz pəhrizin əsas prinsipi buğda, arpa, çovdar və bu taxıllardan hazırlanan heç bir qidanın istehlak edilməməsidir.
"Qadağan olunmuş taxıllar istisna olmaqla, qarğıdalı, düyü və darı qlütensiz dənli bitkilərdir. Bu taxıllar qlütensiz pəhrizin müxtəlifliyini artırır və qida qəbulunu zənginləşdirir" – həkim Pınar Sökülmez Kaya deyib.
İndiyə qədər bunu səhv bilmisiniz! - Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQO, günümüzdə məşhur olan qlütensiz pəhrizin xəstəlikdən başqa, arıqlama məqsədləri üçün istifadə edilməsinin yanlış olduğunu bildirib:
"Bu pəhriz sizi buğda, arpa və çovdar kimi qidalardan məhrum edə bilər. Buğda məhsulları B qrupunun vitaminləri, dəmir, kalsium və liflə zəngindir. Buna görə də qlütensiz pəhriz saxlayan insanlarda bu elementlərin çatışmazlığı ola bilər. Bəzi qlütensiz məhsullar işlənmiş olduğu üçün yüksək şəkər ehtiva edir. Bu da çəki artımı və metabolik problemlərə səbəb ola bilər. Bundan başqa, qlütensiz qidalar bəzi insanlarda bağırsaq florasının tarazlığını poza və həzm problemlərinə səbəb ola bilər. Ona görə də diyetolaqla məsləhətləşmək lazımdır. Hər bir fərdin ehtiyacları və fərdi sağlamlıq vəziyyəti, yaşı, cinsi, həyat tərzi fərqlidir. Qida tələbləri bu kimi faktorlara görə dəyişə bilər".
Kaya qlütensiz pəhrizin yüksək glisemik indeksi (karbohidratların qanda qlükoza səviyyəsinə təsirini ölçən bir sistem) və yüksək doymuş lipid tərkibinə görə piylənmə riskini artırdığını ifadə edib:
"Müalicə olunan çölyak xəstələrinin bəzi alt qruplarında lif, folat, vitamin B12, vitamin D, kalsium, dəmir, sink və maqnezium çatışmazlığı davam edə bilər. Qlütensiz pəhrizdə qida çatışmazlığının qarşısını almaq üçün tərəvəz, meyvə və paxlalıların istehlakına əhəmiyyət verilməlidir. Çünki bu pəhrizlər enerji, yağ, karbohidrat və lif kimi qida maddələrinin balanssız qəbulu səbəbindən bədən çəkisinin artmasına səbəb ola bilər". Musavat.com

Sağlamlıq       Tarix: 24 dekabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son məlumat son.xeberler xankendi valyuta mezenesi