İnfeksionist: "Vaksinlər arasında "Sinovac" ən güclüsü hesab oluna bilər" - FOTO

İnfeksionist: "Vaksinlər arasında "Sinovac" ən güclüsü hesab oluna bilər" - FOTOİnfeksionist: "Vaksinlər arasında "Sinovac" ən güclüsü hesab oluna bilər" - FOTO
COVID-19-a qarşı Çində hazırlanmış "Sinovac" vaksini kliniki sınaqlardan uğurlu keçdiyinə görə artıq bir çox ölkənin marağına səbəb olub.
Nəzərə alsaq ki, sınaq mərhələsi üçün bir çox vaksinlər hazırlanıb, lakin onlar arasında effektivlik səviyyəsinə görə ilk sıralarda gələn məhz "Sinopharm" şirkəti tərəfindən istehsal edilən "Sinovac" vaksinidir.
Vaksinin əsas üstünlükləri arasında sürətli immun cavab reaksiyasının olmasıdır. Vaksin daha çox ölkədə kliniki testdən uğurlu şəkildə çıxıb, soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsi daşınmasını asanlaşdırır ("Pfizer" -70 dərəcədə saxlanılmalıdır).
Artıq bir çox ölkələr bu vaksini sifariş edib. Bəs görəsən vaksin Azərbaycanda yoluxma sayının hansı səviyyədə azalmasına təsir edəcək?
Həkim-infeksionist Nicat Əzimli Oxu.Az-a açıqlamasında bildirib ki, digər vaksinlərlə müqayisədə "Sinovac" ilk üç mərhələdən uğurla keçib:
İnfeksionist: "Vaksinlər arasında "Sinovac" ən güclüsü hesab oluna bilər" - FOTO"Ümumiyyətlə, vaksinlər dörd mərhələdən keçirilir. Üç mərhələdən uğurla keçən vaksinlər nisbətən geniş əhali qruplarında istifadə olunur. Dördüncü mərhələdə isə artıq milyonları əhatə edən əhali qruplarında vaksinlərin tətbiqi aparılır. "Sinovac" vaksini üçüncü mərhələdə uğurlu olduğu üçün minlərlə əhali qrupu üzərində sınaqdan keçirilib.
Fikrimcə, digərləri ilə müqayisədə üçüncü mərhələdən uğurla keçdiyinə görə "Sinovac" vaksini daha effekti olacaq".
İnfeksionist onu da qeyd edib ki, bundan başqa, ölkə üzrə gündəlik yoluxma sayında azalma müşahidə edilir:
"Karantin qaydalarının sərtləşdirilməsi gündəlik yoluxma sayının azalmasına təsir göstərən amillərdən biridir. Təbii ki, bu məqamı da qeyd etmək lazımdır. "Sinovac" vaksini ən yüksək müsbət rəy alan vaksindir. Çin istehsalı olan preparat ən bahalı vaksinlərdən biridir. Eyni zamanda kollektiv immunitet deyilən anlayış demək olar ki, formalaşıb. İmmunizasiyanın getməsi də vaksinlərin tətbiqində effektivliyin bir qədər də artmasına kömək edəcək deyə düşünürəm".
Xatırladaq ki, Çinin verdiyi məlumata görə, 100-dən çox ölkə Türkiyə, İndoneziya, Braziliya, Çili, Sinqapur, Malayziya, Filippin, Ərəb Körfəzi və digər dövlətlər "Sinovac" vaksinini sifariş ediblər. İstehsalçı "Sinopharm" şirkəti açıqlama verib ki, artıq 500 milyon doza vaksin istehsal olunub.
Bundan başqa Çin "Sinovac"ın iyul ayından yüksək risk qrupları üçün istifadə olunduğunu təsdiq edib. Çinin Milli Sağlamlıq Komissiyasının rəsmisi Zheng Zhongwei bildirib ki, 1 milyondan çox insan peyvənd olunub, ciddi mənfi təsir qeydə alınmayıb.
Əksinə, diqqəti cəlb edən məqam odur ki, hazırda Çində gündəlik yoluxmaların sayı 20-30 nəfər arasındadır. Bu, dünya üzrə ən aşağı göstəricilərdən biridir.  
Könül Cəfərli

Sosial       Tarix: 29 dekabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 canli sosial yardim cəbhədən son durum valyuta mezenesi