İnflyasiya sürətləndi: Ən çox bahalaşma ərzaq qiymətlərindədir
Avqust ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrdə istehlak qiymətləri illik ifadədə 6,4 faiz artıb.
KONKRET.az xəbər verir ki, təşkilatın yaydığı məlumata görə, bu, iyulda qeydə alınan 5,9 faizlik inflyasiyanın 5 faiz bəndi sürətlənməsi deməkdir və ardıcıl ikinci aydır ki, qeydə alınıb.
Bildirilir ki, inflyasiyanı sürətləndirən əsasən Türkiyədə qiymətlərin kəskin bahalaşmasıdır. 38 OECD ölkəsindən 14-də inflyasiya sürətlənib, o cümlədən doqquz ölkədə 50 baza bəndi və ya daha yüksək artım qeydə alınıb.
OECD ölkələrində enerji qiymətləri əvvəlki ayda 7,5 faiz azaldıqdan sonra avqustda 1,4 faiz daha azalıb. Ərzaq qiymətləri isə 9,2 faiz bahalaşdıqdan sonra 8,8 faiz də artıb.
Ərzaq və enerji xərcləri nəzərə alınmadan istehlak qiymətləri (baza inflyasiya) ötən ayda 6,8 faiz, iyulda isə 6,7 faiz artıb.
G7 ölkələrində inflyasiya 3,9 faizdən 4,2 faizə, G20 ölkələrində 5,8 faizdən 6,3 faizə yüksəlib.
Avrozonada qiymət artımı (HICP indeksi) avqust ayında bir ay əvvəlki 5,3 faizdən 5,2 faizə qədər azalıb. Ərzaq və enerji resurslarının qiymətləri nəzərə alınmadan göstəricinin artım tempi 5,5 faizdən 5,3 faizə düşüb.
musavat.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"