İngiltərədə koronavirusun yeni variantı sürətlə yayılır: Azərbaycana da gələcək?
Xəbər verdiyimiz kimi, İngiltərədə koronavirusun "Omicron" ştamının alt variantı olan və EG.5.1 kimi tanınan "Eris" virusu son vaxtlar yoluxmaların artmasına səbəb olub. Virusun simptomları burun axması, baş ağrısı, hərarət, boğaz ağrısı, yorğunluqdur.
Bakıda da son vaxtlar bu simptomlardan şikayət edən insanların sayı artıb.
Bəs, bu əlamətlər yeni ştam ola bilərmi?
Mövzu ilə bağlı azxeber.com-a danışan həkim, professor Adil Qeybulla bildirib ki, pandemiyanın bitməsi hələ "SARS 2" virusunun ştamlarının tamamilə yoxa çıxması demək deyil:
"Nəzərə almaq lazımdır ki, pandemiya bitib. "Omicron"un mutasiya variantları isə davam etməkdədir. Bu da ayrı-ayrı yerlərdə xırda ocaqların əmələ gəlməsinə gətirib çıxarır. İngiltərədə də analoji vəziyyət var".
Adil Qeybulla qeyd edib ki, "Covid-19"un yeni növünun yayılması pandemiyanın olacağı demək deyil:
"Bu gün həmin durum nəzarət altındadır. Əlbəttə orada çox dəqiq tədqiqatlar aparılır. Hər bir yoluxma halının hansı virus tərəfindən törədildiyi aşkarlanır. İngiltərənin özündə xəstələrə nəzarət və profilaktika üzrə dünyanın mötəbər mərkəzləri var, dəqiq izlənilir. Dünyanın bütün ölkələrində "Omicron"un mutasiya ştamlarına yoluxmalar davam edir. Ancaq bu pandemiyaya qayıda bilməz, pandemiya bitib".
Şəbnəm Zahir

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi