İnsanlar peyvənd olunmaqdan niyə qorxur?

İnsanlar peyvənd olunmaqdan niyə qorxur?Bütün dünyanı bürümüş koronavirusun təbii yolla ortaya çıxması, yoxsa laboratoriyada sintetik üsulla alınması ətrafında mübahisələr bitmək bilmir. Bu da səbəbsiz deyil. Çinin davranışları və göstərdiyi statistik məlumatlar doğrudan da böyük şübhə doğurur. Həm də son illər dünya çapında yaşanan ictimai bərabərsizlik və gəlir bölgüsündəki ədalətsizliyin dərinləşməsi insanların rəsmi dairələrə olan inamını sarsıdır.
Avropanın qabaqcıl ölkələrindəki millətçi və ifrat sağ qüvvələr yaranmış vəziyyətin haradan qaynaqlandığını göstərərək, mövcud liberal dəyərlərin cəmiyyətə vurduğu zərbələri ifşa edirlər. Dünya əhalisi 20 il bundan öncəylə müqayisədə daha böyük informasiya axını içərisindədir. Elə bu səbəbdən də sosial şəbəkələrdə müəyyən həmfikirlər qrupu yaranır və cəmiyyət hər hansı hadisədə böyük sui-qəsd planının olması fikrini istisna etmir. Bu birlik artıq virtual aləmdən çıxaraq, özünü paraktik həyatda da göstərir.
Milli.Az azpolitika.info-ya istinadən bildirir ki, sözügedən məsələ ilə bağlı ABŞ-ın "Project Syndicate" portalı "Pandemiya siyasətində konspirologiya üslubu" başlıqlı məqaləsində yaranmış vəziyyəti şərh edib. Həmin məqalədə deyilir: "Dünya əhalisinin yarıdan çoxu koronavirus pandemiyası ilə əlaqədər özünütəcrid şəraitində və karantindədir. Düzdür, karantin koronavirusun yayılmasını ləngitsə də, digər bir məkirli fenomenin - konspirologiya nəzəriyyəsinin yayılmasını gücləndirib (Konspirologiya hadisələrin öncədən və məxfi şəkildə planlaşdırılması ilə bağlı nəzəriyyədir).
Ən populyar konspirologiya nəzəriyyələrindən birinə görə pandemiyanın səbəbkarı Çində istehsal edilən "5G" mobil rabitə əlaqəsidir. Bu nəzəriyyənin tərəfdarları deyirlər ki, "5G" avadanlıqlarından buraxılan şüalar immun sistemini zəiflədir və birbaşa virus yayır. Böyük Britaniyada bu baxışlara inananlar bildirirlər ki, "5G" şəbəkəsinin qurulmasına cavabdehlik daşıyan "Huawei" şirkətinin araşdırma mərkəzi - "Huaweis Wuhan Research Center" pademiya başlayan Vuhan şəhərində yerləşir. Vuhan şəhərində həqiqətən də çoxlu sayda müxtəlif funksiyalı laboratoriyalar var.
Bu yaxınlarda keçirilən icitmai rəy sorğusuna əsasən amerikalıların 23 faizi, fransızların isə 17 faizi "SARS-CoV-2" virusunun bu laboratoriyaların birindən "qəsdən" yayıldığına inanırlar. Fransadakı konspiroloji aksent ilk başda Çinin "P4" (ən üst təhlükəsizlik səviyyəsi) laboratoriyasına doğru yönəldi. Bir qədər keçdikdən sonra bəlli oldu ki, bu laboratoriya Fransa hökumətinin dəstəyi ilə ərsəyə gətirilib. Həmin laboratoriyanın təşkilində Fransanın keçmiş səhiyyə naziri xanım Anyes Byüzen və onun həyat yoldaşı İv Levinin rolunun olduğu da aşkara çıxıb (Onların hər ikisinin yəhudu kökləri var). Təəccüblü deyil ki, "Çin laboratoriyası" Corc Sorosla da əlaqələndirilir.
Ümumiyyətlə, konspiroloji nəzəriyyə adətən mövcud siyasi fikir ayrılığını əks etdirir və həm də ifrat sağçılar üçün xüsusilə cəlbedici görünür. Yuxarıda qeyd olunan rəy sorğusu göstərib ki, koronavirusun laboratoriyada hazırlanmasına inananlar içərisində Fransadakı milliyətçi "Milli Birlik" partiyasının tərəfdarlarının sayı iki dəfə çoxdur. Böyük Britaniyada isə virusun "Huawei" şirkəti ilə əlaqəli olduğunu söyləyənlər əsasən hakimiyyətdəki mühafizəkarlar partiyasının üzvləridir. Onlar hesab edirlər ki, bu şirkət Çin hökumətinin "Troya atı"dır.
Konspirologiya nəzəriyyəsi heç də ziyansız deyil. Böyük Britaniyada "5G" şəbəkəsiylə təchiz edilən və fövqəladə xidmətlər üçün hədsiz dərəcədə vacib sayılan bir neçə telefon qülləsi yandırılıb. Digər tərəfdən isə onların quraşdırılmasında iştirak edən mühəndislər "insanların öldürülməsində" ittiham olunublar.
Bu cür nəzəriyyələrin əksəriyyəti sosial şəbəkələr platformasından yayılır və buna kütləvi şəkildə yeni istifadəçilər qoşulur. Həmçinin, xeyli yaşlı insan rəqəmsal platforma sayəsində ailələri və dostları ilə kontakt qururlar. Bu insanlar informasiyanın daha güclü və peşəkar nəzarət olunduğu zamanlarda böyüyüblər və ona görə də yaşlı adamlar "online" şayiələr və yalan xəbərləri daha çox bölüşürlər. Onlar inandıqları və hörmətlə yanaşdıqları şəxslərdən məlumat aldıqları üçün problem daha da mürəkkəbləşir.
Əlavə problemləri məşhur adamlar da yaradır. "5G" versiyası ilə bağlı deyilən xəbərləri bölüşənlər arasında aktyor Vudu Harrelson da yer alır. Onun "Instagram" səhəfəsinin iki milyon abunəçisi var.
Sosial şəbəkələrin meydana çıxmasına qədər bu cür dezinformasiyalar ilkin olaraq redaktorlar tərəfindən yoxlamadan keçərdi. Amma bu gün tanınmış ictimai fiqurlar fikirlərini süzgəcdən keçirmədən öz fanatlarına və abunəçilərinə sərbəst şəkildə translyasiya edə bilir. Hərçənd ki, "Facebook", "YouTube" və "WhatsApp" kimi platformalar müəyyən məhdudiyyətlər tətbiq edirlər, lakin buna baxmayaraq, yenə də sensassiya istəyənlər qalib gəlir. Peyvəndə qarşı qorxu Daha böyük problem pandemiyaya son qoya biləcək peyvəndlə bağlıdır. Peyvəndə qarşı qorxunun qızışdırılması bəzi Avropa ölkələrində qrip əleyhinə peyvəndələrin illik sayının azalmasına səbəb olub. Nəticədə bu istiqamətdəki ölümlərin sayı artıb. İtaliya və Fransada 2015-ci ildə keçirilən rəy sorğusu göstərib ki, bu ölkələrin əhalisinin 30 faizi məcburi peyvəndin əleyhinədir. Gördüyünüz kimi, indi bu iki ölkədə "Covid-19" pandemiyasından ölənlərin sayı nə qədər çoxdur.
Bundan dörd il əvvəl "Brexit" tərəfdarı konservativ siyasətçi Maykl Qouv bildirmişdi ki, insanların bu qədər ekspertlərə heç bir ehtiyacı yoxdur. "Covid-19" pandemiyası alimlərin bu dərəcədə qaralanmasının necə ölümcül nəticələrə gətirib çıxardığını göstərir. Kütləvi peyvəndin uğurla aparılması üçün cəmiyyət peşəkarlara inanmalıdır. Lakin müxtəlif ölkələrin başında duran populist liderlər peşəkar ekspertlərin gördüyü mühüm işləri etibardan salırlar. Məsələn, ABŞ prezidenti Donald Tramp Amerikanın "Allergiya və Yolxucu Xəstələiklər İnistitutu"-nun nüfuzlu direktoru Entoni Fauçi ilə açıq şəkildə bir neçə dəfə mübahisə edib.
Hazırda bəlkə də İtaliyada vəziyyət daha pisdir. 2018-ci ildə hakimiyyətdə olan populist hökumət koalisiyası peşəkar təbiblərin fikirlərini rədd edərək, uşaqların məcburi peyvəndini ləğv etdilər.
Digər yandan isə, məşhur şəxslər faktoru ictimai dialoqu pozur. Bir neçə həftə bundan öncə tenis ulduzu və "təbii müalicə"nin qızğın tərəfdarı Novak Cokoviç bəyan edib ki, heç kim onu "Covid-19" virusuna qarşı peyvənd olunmağa məcbur edə bilməz.
"Covid-19" virusundan və konspirologiya nəzəriyyəsindən ən yaxşı müdafiə peyvənd olunmaqdır. İnsanlar bu nəzəriyyəni daha yaxından anlamaq üçün internetdə rastlaşdıqları məlumatın məntiqini və mənbəyini öyrənməlidirlər. Bu mənada səhiyyə işçilərinin və cavabdeh siyasətçilərin üzərinə çox iş düşür. Koronavirus üzərində qələbə üçün cəmiyyətin onlara inamı lazımdır."
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 14 may 2020
f Paylaş

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları


son xeberler azerbaycan xeberleri yeni xeberler az xeber dunya xeberleri xeberler az en sonxeber