"İnter" "Milan"ı məğlub edib yarımfinala yüksəldi
Yanvarın 26-da futbol üzrə İtaliya kubokunun dörddəbir final mərhələsinin ilk oyunu keçirilib.
Publika.az xəbər verir ki, bu mərhələnin ilk matçında Milan şəhərinin iki əzəli rəqibi - "Milan" və "İnter" komandaları üz-üzə gəlib.
Oyunda hesabı "Milan" açıb. 31-ci dəqiqədə Zlatan İbrahimoviçin uzaq məsafədən vurduğu zərbə dəqiq olub.
Fasilədən sonra hücumlarının kəsərin artıran "İnter" 71-ci dəqiqədə hesaba tarazlıq gətirib. Romelu Lukaku hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirib.
Matçın 76-cı dəqiqəsində futbolda nadir hallarda baş verən hakim əvəzetməsi olub.
Oyunun 98-ci dəqiqəsində "İnter" hesabda önə keçib. Kristian Eriksenin cərimə zərbəsindən vurduğu baxımlı qol "Neradzurri"yə qələbə qazandırıb.
Bu qələbə sayəsində "İnter" yarımfinala yüksəlib.
Qeyd edək ki, dörddəbir final mərhələsinin digər görüşləri aşağıdakılardır:
"Atalanta" - "Latsio";
"Yuventus" - SPAL
"Napoli" - "Spezia".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu