"İNTERFAKS": Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa HAZIRDIR
Ermənistan tərəfinin təkidi ilə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli danışıqlarının yekunlarına dair bəyanatda tərəflər 1991-ci il Alma-Ata bəyannaməsinə sadiq olduqlarını təsdiq edib.
KONKRET.az xəbər verir ki, İnterfaks-ın məlumatına görə, bəyanatda xüsusi olaraq vurğulanır ki, tərəflər "güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinmək, habelə münaqişəni müzakirə edib həll etmək barədə razılığa gəliblər. Bütün problemli məsələlər BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq yalnız suverenliyin, ərazi bütövlüyünün eləcə də sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında həll olunmalıdır.
"1991-ci il Alma-Ata Bəyannaməsinə istinad erməni tərəfinin təkidi ilə liderlərin birgə bəyanatında yer alıb", – mənbə bildirib.
Alma-Ata Bəyannaməsi 1991-ci il dekabrın 21-də Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası (RSFSR), Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna rəhbərləri tərəfindən imzalanıb.
Bəyannamənin bəndlərindən birində SSRİ-nin on iki keçmiş respublikası özlərini müstəqil dövlət elan edərək, "bir digərinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə" hazır olduqlarını bəyan edirlər.
Bununla bağlı mənbənin qeyd etdiyi kimi, "İrəvanın birgə bəyanata Alma-Ata bəyannaməsini daxil etmək istəyi Azərbaycan tərəfindən Ermənistanın Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımağa hazır olması kimi qiymətləndirilib" – məlumatda qeyd olunub.
Günel Mikayılova,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü