İntihar edən hakimin icraatında 84 cinayət işi olub
Bir neçə gün əvvəl intihar edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun icraatında 84 cinayət işi olub.
O, sonuncu işlərini avqustun 31-nə təyin edib. Həmin gün intihar edən hakim 9 cinayət işi araşdırmalı olacaqmış. Həmin cinayətlərdən biri bıçaqlanma hadisəsi ilə bağlı olan iş olub. Digər 8 cinayət işi isə narkotiklərlə bağlı olub.
Rahib Salmanov intihar etməmişdən əvvəl sentyabrın 4-nə 15, sentyabrın 7-nə 10, sentyabrın 11-nə 17, sentyabrın 14-nə 7, sentyabrın 18-nə 8, sentyabrın 21-nə 8, sentyabrın 25-nə 2, sentyabrın 28-nə 3, noyabrın 2-nə 6, noyabrın 5-nə isə 1 cinayət işi üzrə məhkəmə iclası təyin edib.
Qeyd edək ki, intihar edən hakimin araşdırdığı cinayətlərdən 2 icraatda rüşvət verməyə təhrik etmə, 4 icraatda dələduzluq, 2 icraatda mənimsəmə, 1 icraatda qətl, 5 icraatda isə qəsdən sağlamlığa xəsarət yetirmə ilə bağlı cinayət işləri olub.
Digər cinayət işləri isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olub.
Qanunverciliyə görə, bu cinayət işləri digər hakimlərin icraatına verilməsi üçün qərar qəbul olunacaq.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Rahib Salmanov avqustun 28-də müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq həyatına son qoyub.
Hazırda bu iş üzrə Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
///Demokrat.az / azxeber.com

Dünya bu tarixdə tam qaranlığa qərq olacaq
Yay aylarında bu balıqları yeməyin
Bu gün yay Azərbaycana daxil olacaq
Məşhur hitin ifaçısı xəstəxanaya yerləşdirildi
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlıq müzakirə olundu
Fatimə həftələrdir reanimasiyada olan anasını paylaşdı
Əzizlərimizi yaşatmağa gecikməyək' - Xalq artisti
Azərbaycan bu ölkəyə tanker hədiyyə etdi - Mərasimdən fotolar
Paşinyan müxalifəti tamamilə sıradan çıxarır
ABŞ Prezidenti İranı güclü zərbə endirməklə hədələyib
AMB iyunun 22-nə olan rəsmi məzənnələri açıqladı - Dollar və avro neçəyədir?
Xamenei ilə vida mərasiminə Bakıdan o gedəcək
İki ölkə arasında imzalanmış sənədlər mübadilə olundu - Fotolar
"Qarabağ" Martin Zlomisliçi transfer etdi
AZAL donanmasına dördüncü müasir "Airbus A320neo" əlavə olundu