İqor Korotçenko: "İrəvan üçün ölümcül kontrast: İnamlı İlham Əliyev və mızıldayan Paşinyan
İqor Korotçenko: "İrəvan üçün ölümcül kontrast: İnamlı İlham Əliyev və mızıldayan Paşinyan"
"İnamlı İlham Əliyevlə özünü itirmiş Nikol Paşinyan İrəvan üçün ölümcül kontrastdır".
Bu barədə Rusiya Müdafiə Nazirliyi yanındakı İctimai Şuranın üzvü, "Milli müdafiə" jurnalının baş redaktoru, Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru İqor Korotçenko Dağlıq Qarabağ və ətrafındakı rayonlarda döyüş vəziyyətinin gedişatını analiz edərkən deyib.
O, Azərbaycanın işğal altında olan torpaqları azad etmək üçün sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında üstünlüyün niyə Azərbaycan Ordusunun tərəfində olduğunu şərh edib və liderlərin müasir siyasətdəki roluna toxunub.
"İrəvan üçün sadəcə ölümcül bir kontrastdır: aydın, özünə inamlı, təmkinli İlham Əliyev və qeyri-müəyyən bir şəkildə mızıldayan (siyasi planda), özünü itirmiş və qulaqlarından sallanan simsiz qulaqlıqlarla fikirlərini zəif ifadə edən Paşinyan".
Ekspert, həmçinin, Azərbaycan və Ermənistan ordusunu da müqayisə edib:
"Qarabağ müharibəsi: XXI əsrin ordusu (Azərbaycan) ilə 1990-cı illərin ordusu (Ermənistan)", - deyə o qeyd edib.
"Milli müdafiə" jurnalının baş redaktoru indiki Qarabağ müharibəsinin tarixə pilotsuzlar müharibəsi kimi düşəcəyini də vurğulayıb. /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."