İqor Nikulin: "Bu, Ermənistan tərəfindən şantajdır" – MÜSAHİBƏ

İqor Nikulin: "Bu, Ermənistan tərəfindən şantajdır" – MÜSAHİBƏİqor Nikulin: "Bu, Ermənistan tərəfindən şantajdır" – MÜSAHİBƏ
4 aprel tarixi dünyada Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd ediləcək. Azərbaycan üçün bu mövzu daha çox aktualdır, çünki son dörd ayda azad edilmiş ərazilərdə minaların partlayışları nəticəsində onlarla mülki şəxs ölüb və ya yaralanıb.
Erməni tərəfi minalanmış ərazilərin xəritələrini verməkdən imtinaya davam edir. Niyə? Hansı beynəlxalq təzyiq metodları mövcuddur?
Caliber.Az hərbi ekspert, kimyəvi və bioloji silahlar üzrə mütəxəssis, BMT-nin bioloji silahlar üzrə Komissiyasının keçmiş üzvü İqor Nikulinlə bu barədə söhbətləşib:
- Şahzadə Diana (1981-ci ildən 1996-cı ilədək, Britaniya taxtının varisi, Uels Şahzadəsi Çarlzın ilk həyat yoldaşı - red.) piyada əleyhinə minaların tamamilə qadağan olunmasının tərəfdarı kimi çıxış edib, bu mövzuda konvensiya hazırlanırdı. Ancaq ölümündən sonra mövzu bağlandı.
Qarabağdakı vəziyyətə qayıtsaq - sülh bağlandığı üçün minalanmış ərazilərin xəritələri açıqlanmalıdır. Ancaq göründüyü kimi bunun qarşısını alan bəzi amillər var.
- Hansı amilləri misal çəkmək olar?
- Bəlkə də qüvvələr var ki, (Ermənistanda - red.) bu müharibənin yenidən oynanılmalı, hər şeyin geri qaytarılmalı olduğuna inanırlar, niyə bütün sirləri açsınlar?
Qarşılıqlı inamsızlıq faktoru da var ki, bu da açıq, ağlabatan, düzgün qərar verilməsinə və minalanmış ərazilərin xəritələrinin mübadiləsinə mane olur. Ancaq bir həll yolunun, bir uzlaşmanın tapılması vacibdir.
- Axı Azərbaycanın mübadilə edəcəyi bir şey yoxdur. Azərbaycan tərəfi Ermənistan ərazilərini minalamayıb. Belə çıxır ki, bu, Ermənistan tərəfindən hansısa şantaj elementidir?
- Əlbəttə. Bu, bəlkə də bəzi zəmanət almaq istəyən erməni tərəfindən şantajdır, bazarlıqdır. Ancaq təəssüf ki, mülki insanlar doğma yurdlarına dönərkən bu səbəbdən ölürlər.
- BMT mina məsələlərində yaxından iştirak edir. Minalanmış ərazi xəritələri ilə bağlı Birləşmiş Millətlər Təşkilatına müraciət işə yarıyar?
- BMT-nin reaksiyasına güvənə bilərsiniz, amma bu uzun prosesdir, məsələ komissiyalarda müzakirə ediləcək və s. BMT çox bürokratik quruluşdur. Ancaq problemin humanitar tərəfinə diqqət yetirərək mübarizə aparmaq və BMT-yə müraciət etmək lazımdır, çünki münaqişədə iştirak etməyən insanlar əziyyət çəkirlər və üstəlik, artıq sülh bağlanıb.
- Azərbaycan dünyanın 120 dövlətini özündə birləşdirən Qoşulmama Hərəkatının (NAM) sədr ölkəsidir...
- Bu çox vacibdir. NAM-da iş görülürsə, bu, şübhəsiz ki, BMT-dəki səsverməyə təsir edəcək. /oxu.az

Siyasi       Tarix: 26 mart 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun hava proqnozu son xəbər metbuat xeberleri