İqor Nikulin: "COVID-19 laboratoriyada yaradılıb" – ŞƏRH

İqor Nikulin: "COVID-19 laboratoriyada yaradılıb" – ŞƏRHİqor Nikulin: "COVID-19 laboratoriyada yaradılıb" – ŞƏRH
Mayın 31-dən Azərbaycanda növbəti dəfə yumşaldılan xüsusi karantin rejimi çərçivəsində yeni qaydalar qüvvəyə minib. Dünyanın digər ölkələrində də eyni şəkildə davranırlar. BMT Bioloji Silahlar Komissiyasının keçmiş üzvü, rusiyalı hərbi ekspert İqor Nikulin bu qərarı düzgün hesab edir. Bununla belə, hələ də COVID-19 koronavirusunun necə ortaya çıxması barədə birmənalı fikir mövcud deyil.
Media.Az-a açıqlamasında İqor Nikulin COVID-19-un laborator mənşəyinə şübhə etmədiyini bildirib:
- Mənim fikrimcə, bu, laborator virusdur. Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatının müzakirəsi oldu və bir çox ölkələrin nümayəndələri bu cür nöqteyi-nəzərdən çıxış etdilər. Nüfuzlu "Nature" jurnalında məqalə dərc olunub, burada bu virusun harada və necə yaradılmasından bəhs olunur: Şimali Karolina Universitetində (ABŞ-ın şərqində ştat - red.) 2014-cü ildə insanın SARS virusundan və Çin yarasasının koronavirusundan sintez edilib.
Diqqət edin, COVID-19 üçün hələ də heç bir təbii rezervuar tapılmır. Beləliklə, yalnız bir versiya var. Təbii rezervuar tapılsa, sonra başqa variantları da nəzərdən keçirmək mümkün olacaq.
- Bütün bu halları nəzərə alaraq, dünya ölkələrinin karantin rejimindən çıxması üçün tez deyilmi? Bizi nə gözləyir?
- Düşünürəm ki, həqiqətən, karantindən çıxmağın vaxtıdır. Artıq ultrabənövşəyi şüa çoxdur. Virus ətraf mühitdə öz-özlüyündə yayılmır. Bu, yalnız canlı hüceyrədə baş verir. Ultrabənövşəyi şüaların təsiri altında isə ölür. Odur ki, müəyyən məhdudiyyətlərə əməl olunmaqla karantindən çıxılmalıdır. Anlamaq lazımdır ki, sentyabr-oktyabr aylarında, çox güman ki, xəstəliyin ikinci dalğası başlayacaq.
- Ultrabənövşəyi şüalar barədə danışdınız. Ancaq temperaturun yuxarı olduğu, günəşin parladığı İtaliya, İspaniya, Avstraliya nümunəsi var ki, orada epidemiya yayılıb...
- Gəlin baxaq. Maksimum yayılma təxminən fevral ayında, ən uzağı martda oldu. İndi hər şey azalmaya doğru gedir. Gündüz orta temperatur 30 dərəcəyə çatdıqda virus xarici mühitdə ölür. İnsan bədənində ölməsə də, bunu nəzərə almaq lazımdır. Ancaq xəstəlik səviyyəsinin azalması həm İtaliyada, həm də İspaniyada artıq nəzərə çarpır.
- Bu günlərdə amerikalı alim Maykl Qreqer yeni bir "apokaliptik" virus – heyvandan insana ötürülən zoonozlar təhlükəsinin olduğunu bildirib. Bu barədə "Daily Mail" məlumat yayıb.
- Dünyada ABŞ-ın təxminən 400 hərbi-bioloji laboratoriyası var. Onlar həm Gürcüstanda, həm Ermənistanda, həm Ukraynada, həm də digər MDB ölkələrində mövcuddur. Orada konkret bir genofond – insanlar, heyvanlar, bitkilər üzərində sınanan yeni patogenlərlə işləyirlər. Bu, təəssüf ki, çox bilinən bir həqiqətdir. Həmin sınaqlar ilk növbədə bu cür laboratoriyaların işlədiyi ölkələrdə təhlükəsizlik üçün böyük təhlükə yaradır. /oxu.az

Siyasi       Tarix: 01 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun 2026 az xeber cəbhədən son xeber son xeberler bu gun