İqtisad Universitetinin tenderini 22 günlük şirkət uddu

İqtisad Universitetinin tenderini 22 günlük şirkət udduAzərbaycan Dövlət İqtisad Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
KONKRET.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 24 min 573 manat 50 qəpik olan tender müsabiqəsinin qalibi "Art Arena Construction" MMC (VÖEN – 1506590081) olub.
"Art Arena Construction" MMC Dövlət İqtisad Universitetinə fərdi mühafizə vasitələri – 80 ədəd əleyhqaz, 80 ədəd respirator, 10 ədəd sanitar çanta, 5 ədəd sanitar xərəyi, 25 ədəd ilk yardım dəsti və 5 ədəd yanğın söndürmək üçün geyim dəsti satacaq.
Nizamnamə kapitalı 10 manat olan "Art Arena Construction" MMC -nin hüquqi ünvanı Nərimanov rayonu, Qarabağ, ev 37, m. 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Seymur Yaşar oğludur.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – "Art Arena Construction" MMC tender müsabiqəsinin başlamasından cəmi 22 gün əvvəl dövlət qeydiyyatına alınıb.
Tender müsabiqəsi 07 dekabr 2023-cü il tarixində başlayıb, tenderin qalibi olan "Art Arena Construction" MMC isə 14 noyabr 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.
Daha əvvəl dəfələrlə qeyd etdiyimiz kimi, bu hal "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübəsin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Cəmi 22 gün əvvəl yaranan şirkətin tender müsabiqəsində qalib olması başa düşülən deyil.
Qeyd edək ki, "Art Arena Construction" MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. 24,6 min manat dəyərində tender udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur.Yeniavaz.com

Sosial       Tarix: 28 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberleri bugun xeberler en sonxeber son xeber 2026