İran ABŞ-ı güc tətbiq etməyə MƏCBUR EDİR
Vaşinqton Tehranla nüvə proqramı ilə bağlı diplomatik yollara üstünlük verməsinə baxmayaraq, ABŞ İrana qarşı hərbi güc tətbiqini istisna etmir.
KONKRET.azxəbər verir ki, bu barədə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli "La Repubblica" qəzetində müsahibəsində bildirib:
"Biz bunu istəmirik. Bu, ABŞ Prezidenti Co Baydenin istədiyi deyil. Ancaq bütün digər variantlar uğursuz olarsa, son seçim hərbi variant olacaq. Prezident açıq şəkildə bildirib ki, İranın nüvə silahına malik olmasına imkan verməyəcək".
O vurğulayıb ki, ABŞ həmişə diplomatiyaya üstünlük verir, lakin İran razılaşmaya qayıtmaq istədiyini nümayiş etdirmir.
Eyni zamanda o qeyd edib ki, İrana qarşı texnoloji sanksiyalar yüngülləşdirilir ki, onlar xarici dünya ilə əlaqə qura bilsinlər.
Qeyd edək ki, İran Qum şəhəri yaxınlığında yerləşən Fordo nüvə obyektində uranı 60%-ə qədər zənginləşdirməyə start verib.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü