İran - ABŞ müharibəsi neftin qiymətinə necə təsir edəcək? - AÇIQLAMA

İran - ABŞ müharibəsi neftin qiymətinə necə təsir edəcək? - AÇIQLAMAİran-İsrail-ABŞ qarşıdurmasının kəskinləşməsi qlobal enerji bazarlarında ciddi dalğalanmalara səbəb olub. Münaqişənin başlanmasından sonra neftin qiymətində artım müşahidə edilir və bu tendensiya dünya birjalarında da özünü göstərir.
Belə ki, "Brent" markalı neftin bir barelinin qiyməti 82 dollar həddini ötüb. "Azeri Light" (CIF) markası da bahalaşaraq 6,56 ABŞ dolları və ya 8,2 faiz artımla 86,16 ABŞ dollarına yüksəlib.
Bu fonda Donald Trampın açıqlaması diqqət çəkib. ABŞ Prezidenti bildirib ki, neft qiymətlərinin qısa müddət ərzində yüksək olması problem yaratmır və İranla bağlı münaqişə başa çatdıqdan sonra qiymətlərin yenidən enəcəyinə, hətta əvvəlkindən də aşağı düşəcəyinə inanır.
İqtisadçı ekspert Natiq Cəfərli azxeber.com-a açıqlamasında bildirib ki, neft qiymətinin artması geosiyasi səbəblərlə bağlıdır:
"Neftin qiymətinin artmasının əsas səbəbi geosiyasi gərginlik və İran ətrafında baş verən hadisələrdir. Qarşıdurmanın davam etməsi, gəmi keçidlərində yaranan problemlər neftin qiymətinin qalxmasına gətirib çıxarır. Neft qiyməti fundamental səbəblərdən artsa, bu daha təhlükəlidir. Yəni neft hasilatı azalsa, dünya bazarında neft çatışmazlığı müşahidə edilsə, bu daha təhlükəli və uzunmüddətli olardı".
İqtisadçı deyib ki, dünya okeanlarında neftlə dolu tankerlər alıcı axtarır:
"Müharibə nə vaxt bitsə, neftin qiymətinin 70 dollar, hətta ondan da aşağı düşmə ehtimalı var. Çünki bazarda neft bolluğu mövcuddur. Hazırda belə, dünya okeanlarında təqribən 200 milyon barelə yaxın neftlə dolu tankerlər alıcı axtarır. Onlar müharibədən əvvəl gərginlik ehtimalını nəzərə alaraq neftlə dolu tankerləri ehtiyat kimi saxlayıblar".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 05 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 valyuta məzənnələri son xeberler az iqtisadiyyat xeberleri bugun