İran-Azərbaycan sərhədindən MÜHARİBƏ İYİ GƏLİR - AÇIQ SÖHBƏT

İran-Azərbaycan sərhədindən MÜHARİBƏ İYİ GƏLİR - AÇIQ SÖHBƏTAzərbaycan II Qarabağ savaşı ilə regionda yeni reallıqlar yaradıb. İstər Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyan Ağ Ev, istərsə də Bakının şərtləri ilə Ermənistanı sülhə məcbur etməyə çalışan Brüssel bu reallıqlarla barışıb.
KONKRET.az xəbər verir ki, əslində, Paşinyan hökuməti də Azərbaycanın yaratdığı reallıqlarla razılaşıb. Sadəcə, Rusiyanın "arsax referendumu" və İranın "Zəngəzura yox" mövqeləri İrəvandakı "miatsum" ümidlərini ölməyə qoymur.
Bütün bu pozisiyaların fonunda ən çox aqressiv münasibət Tehranda hiss olunmaqdadır. Hətta fars rejiminin Azərbaycanla savaşın bir addımlığında olduğu barədə söz-söhbət dolaşmaqdadır. Dolaşan məlumatların dedi-qodu xarakterli olmasına rəğmən, Azərbaycan ehtiyatı əldən vermir:
– İranla müharibədən öncə erməniyə görə din və təriqət qardaşlarına silah çəkmək istəyən molla rejiminin Azərbaycandakı dayaqları zərərsizləşdirilməlidir. 2015-in Nardaran hadisələri, fars ideologiyasının hipnoz etdiyi yaddaşlarda "ağa" kimi qalan Ocaq Necatın 2021-də Azərbaycandan qaçması, Qarabağ müharibəsində şəhid olanların anımında 1400 il əvvəlin döyüşlərinə sinə döyənlərin baykot edilməsi bu zərərsizləşdirmənin ilkin mərhələsi idi. Hazırda DTX əməliyyatları ilə Azərbaycanda Xamenei agenturasın qandallanması prosesinin ikinci etapıdır.
– İranın niyyəti hücuma paralel Azərbaycandakı Xamenei şiələrini (Çünki İmam Əli şiəsi, tərəfdarları məsciddə donuz saxlayanla əl sıxanın fətvasına getməz) ayağa qaldırıb daxili stabilliyi pozmaqdır ki, Bakı müqavimət göstərə bilməsin, acınacaqlı məğlubiyyətlə üzləşsin və bu, farsların at oynatmağına gətirib çıxartsın.
Lakin Azərbaycan hər şeyi nəzarətdə saxlayır və təmkinlə doğru zamanı gözləyir. Bu illər ərzində İran Azərbaycanla sərhəddə "aslan quyruğu, kərtənkələ başı, kirpi iynəsi, fil xortumu, itburnu"ya oxşar adlarla çoxsaylı hərbi təlim keçirib. Bakı yenə səbr edirdi. Ancaq:
✓ Zəngəzur dəhlizinə inad Qafanda fars "obşejitel"inə oxşar konsulluğun açılması;
✓ Son hərbi təlimlərində tank lüləklərinin Azərbaycana tuşlanması, farsların qurbağa üzüşü ilə Araz çayını keçməkləri;
Səbr kasasını daşdırmağa başladı. Azərbaycan xüsusi təyinatlılarının İran sərhədində təlimi də Tehrana "ağıllı ol" mesajı idi.
Müharibə olsa…
İran Azərbaycandan böyük ölkədir, böyük orduları var, müharibə təcrübəsi də kifayət qədərdir. Lakin bütün bunlar onların fövqəlgüc olmasına dəlalət etmir. İran aviasiyasının əsasını XX əsrin 70-lərindən qalma ABŞ hədiyyələri təşkil edir. Bircə yeni dronları var ki, onu da ukraynalılar "raqatka" ilə vururlar. Əhalinin müəyyən kəsimi düşünür ki, İran Azərbaycanı 1 günün içində məhv edə bilər. Bu qorxu metodunu isə insanlar arasında elə molla rejiminin üzdə azərbaycanlı olan şəbəkəsi yayır. İran Azərbaycana hücum edərsə:
• Azərbaycan öz ərazi bütövlüyünü istənilən təhdiddən qoruya biləcək hərbi gücə malikdir.
• Şuşa bəyannaməsi və digər razılaşmalar İranı Türkiyə ilə üz-üzə qoyacaq. Bu isə sonrakı dövrdə terror bəhanəsilə NATO-nun Fars körfəzində lövbər salmasıdır.
• Rusiya ilə müttəfiqlik bəyannaməmiz İbrahim Rəisi ilə Putini kəllə-kəlləyə gətirə bilər. Onların zahirən mehriban görüşlərinə aldanmaq lazım deyil. Çünki əzəli düşməndirlər. Yəni bir-birini məhv etməyə fürsət axtarırlar.
• Nüvə ölkəsi olan Pakistan da Azərbaycanın yanındadır.
• ABŞ İrana qarşı dəstəyini gizlətməyib.
• Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında necə qarşılanması təşkilata əksər üzv ölkələrin Azərbaycanı dəstəkləməsindən irəli gəlir.
• Azərbaycan Qoşulmama Hərəkatının sədridir.
• İsrailin müdafiə naziri gərəkdiyi an İranı viran qoyacaq hücumu reallaşdırmağa hazır olduğunu bildirib. II Qarabağ savaşında İran erməniləri silah və muzdlu döyüşçülərlə təmin edəndə Təl-Əviv Bakını dəstəkləyirdi.
Haşiyəyə çıxaraq qeyd edim ki, 44 günlük savaş ərzində israilli tarixçi, politoloq Mixail Finkellə müsahibədən sonrakı telefon danışığı zamanı o, Cənubi Azərbaycanın azadlığı barədə sualıma belə cavab vermişdi:
"Darıxma, İranın sonuna az qalıb".
Həqiqətən də, Azərbaycana hücum İranın sonu ola bilər.
• İran əhalisinin yarıya qədəri azərbaycanlılardır. Hazırda cənublu qardaşlarımızın hicab etirazları Güney Azərbaycan Respublikası uğrunda azadlıq mübarizəsinə çevrilib. İslam Respublikası molla rejimi üçün parçalanma təhdidlərinin qarşısını almadan Azərbaycana hücum etmək istəsə, Cənubi Azərbaycan Cümhuriyyətinin elanı dəqiqləşəcək. Niyə hücum etsə yox, hücum etmək istəsə?
Çünki 2020-nin payızında farsların ermənilərə silah daşımasının qarşısını almaq üçün çiyin-çiyinə sədd olan azərbaycanlılar Firdovsi "Şahnamə"sinin fars qalıqlarına yenə Səttarxan, Xiyabani, Pişəvəri müqaviməti göstərə bilərlər.
Anar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 14 noyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


azerbaycan xeberleri son xeberler yeni xeberler az xeber son xeberler az cebheden xeber son xəbərlər