İran Azərbaycanın haqlı olduğunu ETİRAF ETDİ

İran Azərbaycanın haqlı olduğunu ETİRAF ETDİErmənistanın Azərbaycana qarşı Haaqa Tribunalına müraciət etməsinin hüquqi əsası yoxdur.
KONKRET.azxəbər verir ki, bunu Beynəlxalq hüquq üzrə fəlsəfə doktoru Əzim Söhrabi "İran diplomatiyası" saytında yazıb.
Onun sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış bir ölkə kimi, bütün abidələri yerlə-yeksan edib:
"16 sentyabr 2021-ci ildə Ermənistan Haaqa Məhkəməsinin Prosessual Reqlamentinin 76-cı maddəsinə istinad edərək, 7 dekabr 2021-ci il tarixli qərara dəyişiklik edilməsini xahiş edib. Lakin məhkəmə bu müraciəti rədd edərək bildirib ki, tərəflər mübahisəni daha da ağırlaşdıran və ya genişləndirən hər hansı hərəkətlərdən çəkinməlidirlər.
Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış bir ölkə kimi, ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra erməni rəsmilərinin fikrincə, Azərbaycanın heç vaxt geri qaytara bilməyəcəyi, ermənilərin isə həmişəlik özlərininki hesab etdiyi Şuşa şəhəri istisna olmaqla, digər şəhərləri, kəndləri, tarixi və dini abidələri yerlə-yeksan edib.
Belə ki, sanki bu ərazilərdə keçmiş həyatdan əsər-əlamət olmayıb və indiyədək kiçik hallar istisna olmaqla, Ermənistan hökuməti minalanmış ərazilərin xəritəsini Azərbaycan dövlətinə verməkdən imtina edib. Bu isə dəfələrlə Azərbaycan vətəndaşlarının həlak olmasına və mülki şəxslərin həyatının riskə məruz qalmasına səbəb olur.
Ermənistan hökuməti hələ də birinci Qarabağ müharibəsindən sonra itkin düşmüş minlərlə azərbaycanlının taleyi ilə bağlı məlumat verməkdən yayınır.
Buna görə də, ümid edirik ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın müddəalarına əməl olunmasını tələb edən Ermənistan hökumətinin özü də onun müddəalarına əməl etmək üçün addımlar atacaq və hər iki ölkənin beynəlxalq hüququn, insan haqlarının və beynəlxalq humanitar hüququn qaydalarına riayət etməsi ilə bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasının şahidi olacağıq".
Ayan
KONKRET.az

Siyasi       Tarix: 29 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xəbərlər bugün valyuta mezennesi 2026 xəbər az enson xeberler