"İran bir neçə nüvə bombası yarada bilər" - MAQATE HƏYƏCAN TƏBİLİ ÇALDI
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi rəhbərlik etdiyi qurumun iki ilə yaxındır İranın nüvə proqramının icrasına nəzarət edə bilməməsindən təəssüfləndiyini bildirib.
KONKRET.az xəbər verir ki, o, bu barədə "La Repubblica" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, İranın bir neçə nüvə bombası yaratmaq üçün kifayət qədər materialı var.
"İranın bu gün bir neçə bomba istehsal etmək üçün kifayət qədər nüvə materialı var. Bu, onların bomba hazırladıqları anlamına gəlmir, lakin bunun üçün tam şəffaflıq lazımdır. Təəssüf ki, 2021-ci il fevralın 23-dən etibarən İran öz öhdəliklərinə əməl etmir. İki ilə yaxındır ki, MAQATE uranın zənginləşdirilməsi işlərini yoxlaya və monitorinq edə bilmir. Biz noyabrın sonunda üç obyekti yoxlamaq üçün səfər etməyi planlaşdırırdıq, lakin Tehran missiyanı dayandırdı", – deyə Qrossi bildirib.
Qeyd edək ki, İran Qum şəhəri yaxınlığında yerləşən Fordo nüvə obyektində uranı 60%-ə qədər zənginləşdirməyə start verib.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü