İran: "Biz bu TURAN yoluna qarşıyıq" - Farslar FÜRSƏT gözləyir?

İran: Bəli, Ermənistanı "qırmızı xətt" adlandıran İran "biz Turan yoluna qarşıyıq", – deyə fəryad çəkir. Və koridoru Zəngəzur dəhlizi yox, Turan yolu adlandırır. Qafanda konsulluq açmasının da müxtəlif səbəbləri var:
1. İran Cənubi Qafqazın siyasi skeletinə qabırğa olmaq istəyir. Çünki imperialist molla rejiminin sərhədindəki konflikt onun iştirakı olmadan həll olunub. Belə ki, İrəvanla Bakı arasında əsas vasitəçi Moskva olsa da, Ankara regiona qayıdıb. Tehran isə oyundan kənar vəziyyətdə üzüklü barmağını sümürür;
2. İran istənilən, hətta savaş bəhanəsilə mövcud reallıqların bir parçası olmaq niyyətindədir. Yəni bu, Azərbaycana müharibə elanı olsa belə;
KONKRET.az xəbər verir ki, savaş üçün İranın sionist bəhanələri yetərsizdir. Ona görə də əmmaməli koloniya Qafanda konsulluq açıb. Hazırda atəşkəs rejimi olduğundan onların uçuq-sökük binası təhlükədə deyil. Tehran İrəvanın Azərbaycana hücumunu gözləyir ki, fars diplomatları qorumaq adı ilə Zəngəzura qoşun yeritsin.
• Bu addımın digər məqsədi türk dünyasını birləşdirəcək dəhlizin açılışını dondurmaqdır.
Türk ekspertlər sübut kimi sentyabr hadisələrini xatırladırladırlar. Çünki Ermənistan ordusu Azərbaycanla üzbəüz gələcək durumda deyil. Lakin hücum riski edirlərsə, deməli, kimlərsə onlara dəstək olub və müəyyən koordinatlar ötürülüb:
– Fransa və İran Ermənistanın yanında olacaqlarını demişdi;
– Koordinatlar məsələsinə gəlincə, DTX əməliyyatları ilə saxlanılan İranın azərbaycanlı agenturası hərbi hissələrimizin foto və videolarını Xamenei ağalarına yollamışdılar;
Əlbəttə ki, ikinci mülahizə fərziyyələrdən biridir. Bunu II Qarabağ savaşında qabaran və ordumuzun Rusiyaya işləyən "rütbəliləri"nə də aid etmək, ya da bu yaxınlarda 14 iranlını Qarabağa buraxan sülhməramlıların boynuna yıxmaq olar.
Başqa faktlara nəzər yetirsək, Ermənistan sərhədinin Rusiya qoşunları tərəfindən mühafizə olunduğunu deməliyik. Bu isə o deməkdir ki, Rusiyanın icazəsi olmadan İran Qərbi Zəngəzura qoşun yeridə bilməz. Digər tərəfdən son dövrlər Rusiya-İran müttəfiqliyinin artdığını görürük. Keşiş mollaya bu "volya"nı versə, onda Azərbaycan Rusiya ilə imzaladığı müttəfiqlik bəyannaməsini cıra bilər. Rusiyanın Qarabağdan uzaqlaşdırılması da Bakının ixtiyarındadır. Hər halda Sergey Lavrovla Ceyhun Bayramovun Moskva görüşü iki ölkənin xarici siyasəti ağırlığındadır. İrandan gələ biləcək yüngül təhdidlər də orada müzakirə olunmamış deyil.
KONKRET.az-ın Analitik Qrupu

Siyasi       Tarix: 06 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbər cəbhədən yeni xəbərlər xeberler bugun valyuta mezennesi banklar