"İran bizi zəif bilirdi, bu qədər cəsarətli addımlar atacağımızı gözləmirdi
"Azərbaycan nə etdisə doğruetdi, sadəcə İran Azərbaycandan bu qədər cəsarətli addımlar gözləmirdi. Bizi zəifbilib, bildiklərini etməyə çalışırdılar, amma alınmadı".
Azxeber.com xəbər verirki, bu sözləri açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloqun sözlərinə görə, İranın Ermənistandakı yük maşınları Azərbaycan gömrük rüsumları qarşısındaağır vəziyyətə düşüblər:
"Azərbaycan Xarici İşlər Nazirliyi İranın ölkəmizdəkisəfirinə nota verdi, nəticəsi olmadı, yüklər qanununsuz olaraq yenə Qarabağ separatçılarınadaşındı. Bundan sonra Qafan-Gorus yolunu qapatdıq ki, İran yüklərinin Qarabağagirişlərinin qarşısını alaq. İranın Ermənistandakı yük maşınları Azərbaycangömrük rüsumları qarşısında ağır vəziyyətə düşdülər, bir neçəsi həbs olundu. Azərbaycannə etdisə doğru etdi, sadəcə İran Azərbaycandan bu qədər cəsarətli addımlargözləmirdi. Bizi zəif bilib, bildiklərini etməyə çalışırdılar, amma alınmadı.Tehran hazırda bizə birbaşa deyə bilmir ki, yüklərimizi buraxın, gömrük rüsumualmayın. Ona görə bizi İranın ali dini liderinin Ərdəbildəki təmsilçisi SeyidAmuli səviyyəsində qorxutmağa çalışırlar. Ona da Azərbaycanla bağlı saxtainformasiya əsasında mətn verib oxutdurublar".
Politoloq onu da qeydedib ki, cəsarətli dinxadimlərinə ehtiyacımız var ki, Amuliyə faktlarla cavab versin:
"Amuliyə cavabı QafqazMüsəlamları İdarəsinin rəhbəri və ya rayonlarımızdan birinin məscidinin axunduversəydi yaxşı olardı. Din xadimlərimizin, o cümlədən Allahşükür Paşazadənin,Hacı Şahinin işğaldan azad olunmuş Şuşada namaz qılmaları, şəhidlərimizinruhlarına dualar oxumaları nə qədər vacib idisə, Azərbaycanı hədələyən axundalayiqli cavab vermələri bir o qədər əhəmiyyətlidir. Cəsarətli axundaehtiyacımız var ki, Amuliyə faktlarla cavab versin. O da ki, hələ yoxdur, sankiməzhəb maraqları millət və təhlükəsizlik maraqlarından üstün gəlir. TehranAmulinin diliylə bizi hədəf götürərkən bəlkə də elə bu nəticəni əldə etmək istəyirdi".
Aydın Nuri

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı