İran çökür, milyardlarla dollar büdcə kəsiri var - Ekspert ŞOK FAKTLARI açıqladı

İran çökür, milyardlarla dollar büdcə kəsiri var - Ekspert ŞOK FAKTLARI açıqladıİranda benzinin bahalaşmasının səbəbi büdcə kəsiridir.
Publika.az xəbər verir ki, bu sözləri iranlı iqtisadçı Navid Cəmşidi bildirib.
"Hökumət əsas istehlak maddələrini bahalaşdıraraq və vergiləri artıraraq büdcə kəsirini xalqın cibindən qarşılamağa çalışır. Benzinin bahalaşması bu məqsədlə aparıldı. Keçmişdə də büdcə kəsiri vardı, lakin bu dəfə kuliminasiya oldu. Dövlətdə pul qalmayıb. Əvvəl əlavə valyuta çap edərək dövriyyəyə buraxırdılar. Amma bu dəfə büdcədəki kəsirin bağlanmasında bu yollar fayda verməyib" - Cəmşidi deyib.
Büdcə kəsirini yaradan səbəblərin pis idarəetmə, korrupsiya və sanksiyalar olduğunu açıqlayan ekspert İranda bu il büdcə kəsirinin 16 milyard dollara yaxın olduğunu bildirib: "Hökumət qənaət tədbirləri ilə kəsirin yarısını bağlamağı hədəfləyir. Digər yarısının 2,5 milyard dollarlıq hissəsinin də benzinin bahalaşması ilə qarşılanacağı düşünülür. Buna rəğmən, ortada hələ də 5,5 milyardlıq büdcə kəsiri var".
Tehran hökumətinin benzinin bahalaşmasını qapalı qapılar arxasında "bişirdiyini", xalqın təzyiqindən çəkindiyi üçün xəbəri media ilə paylaşmadığını qeyd edən Cəmşidi, prosesin doğru idarə edilmədiyini diqqətə çatdırıb: "ABŞ prezidenti Donald Tramp haqqındakı impiçmentlə məşğul ikən, rəsmi Tehran hərəkətə keçdi. Ehtimal olunan küçə iğtişaşlarının qarşısını almaq üçün təhlükəsizlik qüvvələrini əvvəldən hazırladı və bahalaşma xəbərinin açıqlanması qarın yağması ilə bərabərləşdirildi. Prezident Həsən Ruhani bahalaşmadan əldə olunan gəlirin kasıb təbəqəyə paylanacağını açıqlayıb. Bu bahalaşma qiymətlərin və inflyasiyanın kəskin şəkildə artmasına səbəb olacaq. İran Mərkəzi Bankının bahalaşmanın inflyasiyaya təsirinin 4 faiz civarında olacağını əks etdirən açıqlaması həqiqət deyil. 1979-cu il inqilabından bəri nə zaman bahalaşma olsa, bunun kasıblar üçün edildiyi açıqlanır. Lakin hər dəfə bahalaşmadan ən çox zərər görən elə kasıb təbəqə olub".
Qeyd edək ki, ABŞ nüvə razılaşmasından çıxdıqdan sonra İrana iqtisadi və maliyyə sanksiyaları tətbiq edir. Buna bağlı olaraq iqtisadiyyatı çökən İran, benzini 3 qat bahalaşdırıb. 15 noyabrdan etibarən küçələrə axışan xalq bankları, benzin stansiyalarını və marketləri yandırır. Aksiyalar zamanı 208 nəfər ölüb.
Zümrüd /publika.az

Dünya       Tarix: 04 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı cəbhədən görüntüleri ən son xəbərlər bugün valyuta mezennesi 2026