İran COVID-19-a qarşı peyvənd ixracına başlayacaq
İranda koronavirusa qarşı istehsal olunan peyvəndlər yaxın aylarda ixrac olunacaq. İqtisadi sanksiyalara baxmayaraq İran 6 peyvənd istehsal edərək əhalini tam olaraq təmin edib.
Publika.az xəbər verir ki, bu sözləri İranın səhiyyə nazirinin müavini Yunis Pənahi jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bəzi avadanlıqların ölkəyə gətirilməsindən sonra kütləvi şəkildə peyvənd istehsalına başlanılacaq və ixrac potensialı yaranacaq.
İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, ölkədə koronavirusun yayılması və ölüm halları azalmaqda davam edir ki, bunun da əsas səbəbi əhalinin 85 faizdən çoxunun peyvənd olunmasıdır. Son 24 saat ərzində İranda 968 nəfər virusa yoluxub, 50 nəfər isə həyatını itirib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 6 milyon 170 min 979 nəfər, ölənlərin sayı isə 131 min 83-ə çatıb.
Ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan 2 min 876 COVID-19 xəstəsinin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 6 milyon 4 min 277 xəstə sağalaraq evə buraxılıb.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var