İran "Delta" ştammına görə qaydaları sərtləşdirdi
İranda koronavirusun "Delta" ştammının yayılması təhlükəsi ilə əlaqədar qırmızı zona hesab olunan şəhərlərdə məhdudiyyətlər tətbiq olunub.
Məhdudiyyətlər tətbiqinə İranın Koronavirusla Mübarizə Milli Komitəsinin qərar verib. Koronavirus pandemiyası ilə əlaqədar məşğulluq sahələri 4 qrupa bölünüb. 1-ci qrup istisna olmaqla bütün qruplarda işlər qadağan edilib.
1-ci qrupa sənaye, mədən, kənd təsərrüfatı, kommunal xidmətlər, sərnişindaşıma, ərzaq məhsulları satış obyektləri və digər strateji əhəmiyyətli hesab olunan sahələr daxildir.
Bu gündən Tehran şəhəri də koronavirusun yayılması baxımından qırmızı zona hesab olunduğu üçün bir sıra istirahət mərkəzləri bağlanıb.
Koronavirusa yoluxma üzrə İranda 92 rayon qırmızı və 183 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 173 rayon sarı zona hesab olunur.
Qeyd edək ki, ötən günədək İranda 3,25 milyon nəfər koronavirusa yoluxub, bu virus nəticəsində 84,7 min nəfər ölüb. (trend) /publika.az
Xidmetler [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər