"İran din adı altında Azərbaycana qarşı qarayaxma kampaniyası aparır" - Tural Abbaslı

"İran bir çox hallarda din adı altında özünün dövlət siyasətini yürütməyə çalışır. Azərbaycana qarşı qarayaxma kampaniyası aparır".
Bu sözləri azxeber.com-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib. O, qeyd edib ki, İran mütəmadi olaraq Azərbaycanın daxili siyasətinə qarışmağa çalışır:
"İran həm Azərbaycanda, həm də regionda öz imkanlarını saxlamaq istəyir. Ona görə də, mütəmadi olaraq Azərbaycana daxili siyasətdə, Qarabağ məsələsində hər zaman əleyhinə olan mövqedən çıxış edib. Biz qeyd etməliyik ki, bəzən bu siyasətə dəstək verən daxili qüvvələr də var. Burada İran bir çox hallarda din adı altında özünün dövlət siyasətini yürütməyə çalışır. Bu da azdan-çoxdan bəzən baş tutur. Biz hazırlıqlı olmalıyıq. Mən hər zaman demişəm, unutmamalıyıq ki, bizim şimal qonşumuz kimdir, cənub qonşumuz kimdir, qərb qonşumuz kimdir, biz bunu unutmamalıyıq. Ümumən götürəndə Azərbaycan öz maraqlarını təmin etməyə çalışmalıdır. Yəni, İranın bu cür fəaliyyəti, Azərbaycan üçün qarayaxma kampaniyaları ilk dəfə deyil. Amma dövlət olaraq onlara konkret mövqe qoymalıyıq və bunun qarşısını qətiyyətlə almalıyıq".
T. Abbaslı həmçinin qeyd edib ki, biz onların bu cür fəaliyyətinin qarşısını almalıyıq:
"İstənilən fəaliyyət nəticə almaq üçündür. Nəticə olur, istər mənfi, istər müsbət. İran da nəyəsə cəhd edir. Amma nəyəsə nail ola bilməyiblər. Biz də bu məsələyə qeyri-ciddi yanaşmamalıyıq. Laqeyd yanaşsaq, məqsədlərinə çatmağa çalışacaqlar. İranda hakimiyyətdə oturanlar axmaq deyil ki, bu qədər xərc çəkib nəyəsə nail olmasınlar. Bu günə qədər fəaliyyətlərində Azərbaycana azdan-çoxdan təsir etmə imkanı olan iki dövlətdən biridir. Ona görə də biz çalışmalıyıq ki, bu imkanları tam sıfıra endirək. Bunların qarayaxmaq fəaliyyətinin də qarşısını alaq".
Aydın Nuri

Siyasi       Tarix: 17 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler bu gunun xeberleri haqqinda melumat xeber.az son xeberler xeberler bu qun