İran ələ keçirilən pilotsuz katerləri ABŞ-a qaytardı
İran "Jamaran" hərbi gəmisinin ekipajı tərəfindən ələ keçirilən ABŞ-ın "Saildrone Explorer" pilotsuz gəmilərini 18 saat sonra buraxıb.
KONKRET.az "The Washington Post"a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Qırmızı dənizdə fotoşəkillər çəkən iki pilotsuz kater sentyabrın 1-də İran gəmisi tərəfindən ələ keçirilib.
Ertəsi gün ABŞ helikopterlərini göndərdikdən sonra pilotsuz gəmilər geri qaytarılıb.
Sentyabrın 1-də isə İran dövlət televiziyası dənizçilərin katerləri göyərtədən atması görüntülərini yayımlayıb.
Qeyd edək ki, "Saildrone Explorer" günəşlə işləyən və dəniz trafikinə nəzarət etmək üçün avadanlıqla təchiz edilmiş pilotsuz yelkənli katerdir.
ABŞ İranın bu hərəkətlərini nüvə sazişi üzrə danışıqlar fonunda təxribat kimi qiymətləndirib.
Xatırladaq ki, İran və ABŞ arasında Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üçün danışıqlar davam edir. Sentyabrın 2-də İran Xarici İşlər Nazirliyi danışıqlar çərçivəsində ABŞ-ın təkliflərinə konstruktiv cavab verəcəyini açıqlayıb.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA