İran-Ermənistan sərhədinin bağlanmasına qarşı Tehranın Bakıya hansı təsir aləti var? - TƏHLİL

İran-Ermənistan sərhədinin bağlanmasına qarşı Tehranın Bakıya hansı təsir aləti var? - TƏHLİLİran-Ermənistan sərhədinin bağlanmasının qarşısını almaq üçün Tehranın Bakıya hansı təsir aləti var? Bunun üçün İranın Qafqaz regionu üçün iqtisadi hesablamaları var.
KONKRET.az xəbər verir ki, bu barədə İranın "Entekhab" saytı "Karneqi" İnstitutunun əməkdaşı Ağahüseynin məqaləsini dərc edib. Məqalədə deyilir:
"Cənubi Qafqazdakı qonşuları Azərbaycan və Ermənistan arasında 2020-ci ildə baş vermiş müharibədən bəri İran beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin Avrasiyada regional gücü müəyyən edən amil kimi rolunu anlayıb.
Azərbaycanın qələbəsi və Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşması bu ölkəni müharibə qəniməti kimi "Zəngəzur dəhlizi"ni almağa sövq edib. Bu dəhliz Azərbaycanı Ermənistanın cənubundan keçərək coğrafi cəhətdən ayrı düşmüş Naxçıvan Muxtar Respublikası ilə birləşdirir".
Yazının davamında deyilir:
"Əgər gerçəkləşərsə, sözügedən dəhliz Naxçıvana çatmaq üçün İranın yerüstü tranzitindən asılılığını aradan qaldırmaqla Tehranın Bakıya təzyiq rıçaqını neytrallaşdıracaq. O, həm də Azərbaycanı ilk dəfə olaraq Naxçıvan-Türkiyə sərhədindən birbaşa müttəfiqi Türkiyə ilə quru yolu ilə birləşdirəcək.
Tehran bu addımı Azərbaycanın anti-İran siyasət yeridəcəyi halda Türkiyənin, hətta İsrailin dəstəyini almaq cəhdi kimi şərh edir. Onlardan biri Zəngəzur dəhlizinin altında və ya ona paralel olaraq İran-Ermənistan sərhədinin bağlanması ola bilər.
İranın Azərbaycanı Zəngəzur dəhlizinə dair təhdid davranışlarını ciddi qəbul etməyə məcbur etmək taktikaları mövcuddur. Bunlardan biri də Bakıdan yan keçən Avrasiyaya alternativ marşrut yaratmaqla Azərbaycanın kommunikasiya sahəsindəki işlərinə qarşı çıxmaqdır.
Bu, Fars Körfəzi-Qara Dəniz Beynəlxalq Nəqliyyat Dəhlizidir (İTC) ki, İrandakı Fars körfəzi limanlarından Ermənistan vasitəsilə Gürcüstana, oradan isə Qara dənizdən keçərək Bolqarıstana və qurudan Yunanıstana və Avropaya çatır. Hazırda Qərbin Rusiyanı Ukraynaya təcavüzünə görə cəzalandırmaq cəhdi İTC-nin həyat qabiliyyəti və perspektivləri üçün faydalı ola bilər".
Xuraman Etibarlı,
KONKRET.az

Siyasi       Tarix: 03 avqust 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son durum xeberler azerbaycan valyuta mezenesi en son xeberler bu gun